BSU-da rektorun da adının hallandığı ŞOK DƏLƏDUZLUQ... -  VİDEO// FOTO

dogruxeber.tv: - Ləğv olunmuş keçmiş Azərbaycan Müəllimlər İnstitutunun adından verilmiş saxta diplomlar onları daşıyan şəxslərin başına indi də oyun gətirməkdədir. Oyun dedikdə, biz heç də təkcə aldadılmışların diplomdan gözlədikləri imtiyazdan məhrum olmalarını nəzərdə tutmuruq. Məsələ burasıdır ki, həmin şəxslər hal-hazırda da bəzi möhtəkirlər tərəfindən aldadılmaqda davam edirlər.

BSU-da rektorun da adının hallandığı ŞOK DƏLƏDUZLUQ... -  VİDEO// FOTO

Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına Füzuli rayonundan olan məcburi köçkün Səttarov Sərdar Amil oğlu adlı vətəndaş müraciət edərək bildirmişdir ki, 2018-ci ildə nüfuzlu ali təhsil ocağında təkrar ali təhsil almaq niyyətilə Bakı Slavyan Universitetinə müraciət etmiş, sənədləri sırasında ləğv olunmuş AMİ-nin Qazax filialını 2012-ci ildə bitirdiyini və “tarix və coğrafiya müəllimi” ixtisasına yiyələndiyini təsdiqləyən diplomunu təqdim etmişdir. Universitetin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri dosent Dürdanə Əliyeva ona təklif etmişdir ki, sənədindəki çatışmazlığı pul verərək “kompensasiya” etməlidir. Sərdarın sözlərinə görə, Dürdanə müəllimə ilə anlaşdıqları kimi BSU-nun Psixologiya fakültəsinin tələbələri sırasına qəbul olunmaq üçün ikincinin tələbi ilə ona nağd formada 2000 AZN əlbəəl pul vermişdir. Daha sonra 02.10.2018-ci il tarixdə isə Universitetin hesablaşma hesabına 1000 AZN təhsil haqqını rəsmi qaydada ödəyərək 18960 nömrəli qəbz, rektorun imzası və möhürü ilə təsdiqlənmiş və ona 100 AZN-ə başa gələn BM-ƏT-35/19 nömrəli “tələbə bileti” də almışdır.

BSU-da rektorun da adının hallandığı ŞOK DƏLƏDUZLUQ... -  VİDEO// FOTO
BSU-da rektorun da adının hallandığı ŞOK DƏLƏDUZLUQ... -  VİDEO// FOTO

S.Səttarov deyir ki, ilk üç ay əyani şöbənin tələbələriylə birgə dərsə gəlib-gedəndən sonra Dürdanə onu çağırıb demişdir ki, diplomunun rekvizitləri saxtadır, amma bu işi yoluna qoymaq olar, Psixologiya fakültəsini də Beynəlxalq münasibətlər fakültəsinə dəyişməyi təklif etmişdir. Bu “yola qoymaq” məsələsi Sərdara 500 AZN bir, 300 AZN də bir ödəməklə 800 AZN-ə başa gəlmişdir.

2019-cu ildə Sərdara Fizuli rayon icra hakimiyyətində işə düzəlməsi imkanı yaranır, D.Əliyeva Sərdara onun BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə II kursda oxuduğunu təsdiqləyən 09.12.2019-cu il tarixli 208 saylı arayış da verir ki, Füzuli rayon İcra Hakimiyyətinə təqdim etsin. Beləliklə, 2021-ci ilin əvvəlinə qədər Sərdar elə bilirmiş ki, BSU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir və qiyabi təhsil alır.

BSU-da rektorun da adının hallandığı ŞOK DƏLƏDUZLUQ... -  VİDEO// FOTO

Lakin o, öz saydığını saymaqda, görək Dürdanə Əliyeva nə sayırmış!: Sərdara xəbər verir ki, sənədlə bağlı yenə problem üzə çıxıb, “portala oturmur”. “Məşədi İbad oyunu”na düşən, amma yarı yoldan qayıtmaq istəməyən Sərdar naəlac qalıb Dürdanənin “iş düzəltmək” xidmətindən yenə istifadə etmək qərarına gəlir və onun bu dəfə istədiyi daha böyük məbləğdə pulu – 4000 AZN-i tapıb verir. Di gəl, iki ay əvvəl xəbər tutur ki, o, BSU-nun tələbəsi deyilmiş (?!). Daha irəli getməyə yolu qalmayan Səttarov rektora da şikayətçi düşüb.

Məsələ ilə əlaqədar BSU-nun rektoru professor Nurlana Əliyeva ilə telefon əlaqəsi yaradıb suallarımızı verdik. Rektor bizi Universitetə dəvət edib kabinetində qəbul etdi. Bildirdi ki, Dürdanə Əliyevanın barəsində edilən şikayətlər əsasında Baş Prokurorıluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedir. Rektorun sözlərinə görə, Dürdanə Əiliyevanın işdəycələri ucbatından universitetin kassasından 150.000 AZN pul əskik gəlib və onun ayrı-ayrı vətəndaşlardan üst-üstə 100.000 AZN rüşvət alaraq mənimsədiyi üzə çıxıb. Jurnalist araşdırmaları məticəsində məlum oldu ki, dekan ümumilikdə rektora 270.000 manat «atıb». “Tələbə biletin”nə gəlincə, rektor biletin üstündəki imzanın və möhürün saxta olduğunu bildirdi. Nurlana Əliyevanın söhbətdə iştiraka dəvət etdiyi tədris işləri üzrə prorektor Xanım Sultanova və ümumi məsələlər üzrə prorektor Əbdül Xalıyev də gözlədiyimiz kimi onun sözlərini təsdiqlədilər və əlavə etdilər ki, Dürdanə Əliyevanın korruptiv əmməllərindən çoxdan xəbərləri varmış və o, qanunazidd üsullarla əldə etdiyi külli miqdarda haram kapital hesabına paytaxtın Yasamal və Nəsimi rayonlarında yeni tikilmiş “göydələn”lərdə bir neçə bahalı mənzil alıb. Nurlana Əliyeva nədənsə sözarası vurğulamağı vacib saydı ki, prorektor Əbdül Xalıyev Güc strukturlarının əməkdaşıdır. Ancaq rektor S.Səttarovun rəsmi qaydada ödəyib qəbz aldığı 1000 manat təhsil haqqına ağlabatan izah verə bilmədi.

Əslində isə BSU-nun rektorunun izah etməli, aydınlıq gətirməli olduğu qaranlıq məsələlər çoxdur. Məsələn, zərrəbinsiz gözlə baxmaqla da sezilir ki, xeyli müddətmiş Dürdanə Əliyevaya vəzifəsindən kənara çıxan geniş səlahiyyətlər verilibmiş. Üstəgəl, nəyə görə D.Əliyevanın qanunsuz əməlləri barədə birinci olaraq hüquq-mühafizə orqanlarına rektor və adlartı çəkilən prorektorlar özləri xəbər verməyiblər?

Bildirildiyinə görə, həbs olunan Dürdanə Əliyeva istintaqa ifadə verib ki, qanunazidd nə iş görübsə, hamısından rektorun xəbəri var və rüşvət kimi aldığı pulları Nurlana Əliyevaya verib. Sözsüz ki, Nurlana Əliyeva bunca ciddi ittihamla barışmayacaq, ancaq son sözü əlbəttə ki, istintaq deyəcək.//dia.az

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər