Beyləqanda vəzifələrə necə TƏYİNAT ALMAQ OLUR... - İLGİNC İDDİA

dogruxeber.tv: - Xatırlayırsınızsa, bir neçə gün əvvəl saytımızda (realmedia.az-red) dərc olunan “Beyləqan: Dövlət qulluğunda kadr siyasəti “Xaç Atası”nın əlini öpməklə tənzimlənir” sərlövhəli tənqidi məqaləmizdə Beyləqan Mənzil İstismar Sahəsinin rəisi Anar Vəliyevin əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin rəhbəri postundan korruptiv əməllərinə görə qovulmasını, işinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində təhqiq olunmasını, sorğulanmasını və onun “pensiya alverçisi” olduğunun bəlirlənməsini, dövlətə külli miqdarda (iddialara görə iki yüz min manatdan yuxarı) zərər vurduğu, həmin məbləğin müəyyən hissəsini ödədiyini, qalan hissəsini isə hələ də ödəməkdə olduğu barədə məlumatları xatırlatmışdıq. Yeri gəlmişkən, bu mövzuya Vəliyevin hələ köhnə vəzifəsində işlədiyi vaxtlar da “Sonolay.org” saytında toxunulmuş, onun vətəndaşlarla korruptiv sövdələşmələrə gedərək, onların guya Zaqatala tütün fabrikində haqqı ikiqat ödənilən ağır şəraitdə işləmiş olduqlarını təsdiqləyən arayışlar təşkil edərək, saxta əmək stajı düzəldilməsi yolu ilə artıq məbləğdə pensiya təmin etməsindən yazılmışdı.

Anar Vəliyev haqqında bütün bu məlumatlar onu yeni vəzifəyə təyin edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev tərəfindən nəzərə alınmalıydı və təyinat qərarına təsir etməliydi. Amma görünür, Ana Vəliyevi rayon rəhbərinə mələk qismində təqdim edənlər olub. Ümumiyyətlə, Beyləqan RİH-nin başçısı vəzifəsinə təyin olunmasından ötən iki il ərzində Asif Ağayevin kadr siyasətində naşılığa bərabər tutulan yanlış addımlar atdığı barədə səslənən fikirlər özünü doğruldur. Amma nəzərə alanda ki, Asif Ağayev özü dövlət qulluğunda kifayət qədər təcrübəyə malik olduğundan, onun sadəcə naşılıq etməsi inandırıcı görünmür. Şübhəsiz, bu məqamda ilk ağıla gələn odur ki, başçının kadr siyasətini dövlət və hökumət strukturlarına soxulmağa müvəffəq olmuş yerli “mafiya” yönləndirir. Bu mafioz dəstəyə həmçinin vaxtilə rayonda gəlirli postları tutmuş, dövlətin və xalqın mənafeyi üçün deyil, öz şəxsi və korporativ maraqlarını təmin etmək üçün çalışmış, əliəyri, rüşvətxor, yalnız ciblərini doldurmağa xidmət etmiş sabiqlər də aiddir. Mafiyaya hansı keçmiş talançının rəhbərlik etdiyi, həmin şəxsin başçının boynunda hansı minnətinin olduğu, öz yaxın qohumlarını hansı vəzifələrə yerləşdirdiyi barədə də əlimizdə səhih məlumatlar vardır. Bəlkə də beyləqanlılar həmin üzdəniraq sabiqlərin cəzasız qalmaları, sadəcə vəzifələrindən uzaqlaşdırılmaları ilə barışmışlar, amma Anar Vəliyev kimilərin yenidən gəlirli, korrupsiya üçün münbit şəraiti olan vəzifələrə təyin olunması hiddət doğurur. Və günlərin bir günündə hansısa bir ictimai fəal, yaxud, tərəqqipərvər KİV nümayəndəsi faktın üstünü açanda cənab Asif Ağayev artıq öz səhvini düzəltmək iqtidarında olmur.

P.S. Məsələ ilə bağlı Beyləqan RİH-nə sorğu da göndərsək də, lakin İcra Hakimiyyəti KİV-in sorğusunu cavablamağa tələsməmiş, öz növbəsində rayon prokuroruna sorğu göndərib və prokurorluqda Anar Vəliyevin barəsində hər hansı bir araşdırma aparılıb-aparılmadığı barədə məlumat istəyib. Hansı ki, məqalələrimizdə və sorğumuzda açıq-aydın qeyd eləmişdik ki, Vəliyevin işi ilə Baş Prokurorluq yanında KQMBİ məşğul olub. Əgər RİH bizim sorğumuza cavab vermək istəyində səmimi olsaydı, Anar Vəliyevin korruptiv əməlləri barədə obyektiv araşdırma aparmaq istəyində həvəsli olsaydı, məhz KQMBİ-nə müraciət edərdi, daha yerli prokurora yox. Əlbəttə ki, rayon prokurorluğu Vəliyevin barəsində hər hansı araşdırma aparmadığını bildirəcək. Gəlin razılaşaq ki, bunun adı dolandırıcılıqdır, vaxt qazanmaqdır.

Mövzuya növbəti dəfə qayıdanda daha dərin, gizli mətləblərin üstünü açmağa kifayət edəcək məlumatları bölüşəcəyimizə ümid edirik.// RealMedia.az

Oxunub: 544

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər