Deputatın viran qoyduğu XAÇMAZ MEŞƏLƏRİ... - Nazirlik Eldəniz Səlimovun “ekoloji terror”una göz yumur

55 saylı Xaçmaz seçki dairəsindən Milli Məclisə deputat seçılmiş Eldəniz Səlimovun rayonun İdrisoba kəndindəki 26 hektar meşə sahəsini məhv edib.

dogruxeber.tv Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Cəmil Məmmədli özünün “YouTube” kanalında yayımlayıb.

Meşə sahəsinin məhv edilməsindən qəzəblənən İdrisoba kənd sakinləri həmin ərazinin Köhnə Xudat bələdiyyəsində məsul vəzifə tutan Faiq Savcıyev tərəfindən külli miqdarda pul qarşılığında deputat Eldəniz Səlimova satıldığını bildiriblər.

Onlar qeyd ediblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bir ağacın kəsilməsinə görə sakinləri 1000-2000 manat məbləğində cərimələsələr də, 26 hektar meşə sahəsini “şumlatmış” deputat barəsində heç bir ölçü götürmürlər.

Sakinlərin sözlərinə görə, 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin meşə zolağında çox sayda qiymətli ağac əkilmişdi. Lakin meşə sahəsi məhv edilərkən, o qiymətli ağaclar, xüsusilə də 250 qoz ağacı kəsilib.


O da məlum olub ki, Faiq Savcıyev həmin ərazinin yaxınlığında yerləşən 6 hektarlıq meşə sahəsini də eyni qaydada məhv edərək, oradakı 1000-ə yaxın akasiya ağacını satıb.

Narazı sakinlər əlavə ediblər ki, 2011-ci ildə prezidentin Fərmanı əsasında o ərazilərdə torpaq satışı qadağan edildiyi üçün Faiq Savcıyev qanunsuz satdığı torpaq sahələrini saxta sənədlərlə köhnə tarixə rəsmiləşdirib. Sözügedən meşə sahəsinin satışı da 2006-ci il tarixi üzrə sənədləşdirilib.

Sakinlərdən birinin sözlərinə görə, Savcıyev sənədlərlə ona məxsus olan torpaq sahəsini diş həkimi olan Heybət adlı şəxsə satıb, o da iki ildir ki, orada gilas əkib-becərir. Torpağın ona məxsus olduğunu təsdiqləyən sənədləri Heybətə göstərəndə, o, həmin ərazini Faiqdən aldığını deyir.

çmazada torpaq sahələrinin qanunsuz satışı ilə bağlı ilginc “mexanizm”in yaradıldığı da iddia edilir. Bildirilir ki, Xaçmazda rayonun keçmiş rəhbəri Şəmsəddin Xanbabayevin kadrlarından ibarət geniş şəbəkə münbit torpaq sahələrini bələdiyyənin balansına keçirərək, satış əməliyyatlarını məhz yerli idarəetmə orqanının əli ilə reallaşdırırlar.

Hər halda, yayımlanan videomaterialda səsləndirilən iddialar kifayət qədər ciddidir və əhatəli araşdırma tələb edir.

Cəmil Məmmədli bəhs etdiyi meşə sahəsinin “təmizlənməsinə” dair 02 may 2021-ci il tarixdə bağlanmış müqavilənin surətini də özünün sosial şəbəkə hesabından paylaşıb. Həmin müqavilə “Qərb Ekol” MMC-nin təsisçisi Qasımov Namiq Əmiraslan oğlu ilə Səlimov Adil Zeynal oğlu arasında imzalanıb. Anlaşmaya əsasən, adıçəkilən MMC hektarına 2 min manat almaq şərtilə, 27 hektar ərazinin ağac və kol-kosdan təmizlənməsini və daşınmasını öz öhdəsinə götürür. Bu müqavilədə əks olunan məqamlar İdrisoba sakinlərinin deputat Eldəniz Səlimova yönəlik iddialarının heç də əsassız olmadığı qənaətini yaradır.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin haqqında danışılan vəziyyətə bu qədər laqeyd qalması üstündən sükutla keçiləcək məsələ deyil. Çünki sakinlərin də dediyi kimi, bir ağac kəsiləndə, sıravi insanları böyük məbləğdə cərimələyən Nazirlik deputatın adı hallanan “ekoloji terror”a göz yummaqla məşğuldur.

Bu, daha nə qədər belə davam edəcək?

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər