Beynəlxalq Bank inşaat şirkətinin pulunu ÖDƏMİR - 3 illik borc QALMAQALI

Beynəlxalq Bankın “Konkord İnşaat” MMC şirkətinə 90 min manat borcu yaranıb.

Bu şikayətlə Bizim.Media-ya sözügedən şirkətin direktor müavini Fərid Balabəyov müraciət edib.

Şirkət rəsmisinin sözlərinə görə 2018-ci ildə Beynəlxalq Bankın bölgələrdəki filiallarının cari təmir işləri ilə əlaqədar qarşı tərəflə müqavilə bağlayıblar.

Təxminən 1 il yarıma qədər davam edən təmir tamamlansa da, Beynəlxalq Bank görülən iş müqabilində borcun bir hissəsini qarşılamaqdan yayınır. Sözügedən bank hissə-hissə şirkətə 70 min manat ödəyib. Qalan əlavə dəyər vergisiz 76 min manat borcu isə 3 ildir ki, ödənilmir.

Dəfələrlə “Konkord İnşaat” rəhbərliyi borcun qaytarılmasını tələb etmk üçün Beynəlxalq Banka rəsmi müraciətlər edib.

Amma nə iki qurum rəsmiləri arasında görüşlər fayda verib, nə də Beynəlxalq Bank məsələni yoluna qoya bilib.

Qeyd edək ki, 2018-ci ildə tenderin qalibi olan “Konkord İnşaat” Beynəlxalq Bankla əlavə dəyər vergisi daxil 105 min manatlıq müqavilə bağlayıb. Şərtə görə əvvəlcə bankın Qazax, Şəmkir, Gəncə, daha sonra Göygol, Samux və Gədəbəy filiallarında cari təmir işlərinin görülməsi razlaşdırılıb.

Təmir müddətində qurumlar arasında maliyyə çatışmazlığı ilə bağlı administrativ problemlər yaşanıb. Beləliklə yaranan problem böyüyüb və 2020-ci ilin avqustundan bu günə qədər açıq qalıb.

Məsələ ilə bağlı Beynəlxalq Bankla əlaqə yaratdıq. Bankın mətbuat katibi Yadigar Cəfərli problemi araşdırmaq üçün müvafiq şöbəyə yönləndirəcəyini bildirsə də, 4 gündür ki, cavab yoxdur. Dəfələrlə mövqe almağa çalışsaq da, bank rəsmisi sorğularımıza səssizlik nümayiş etdirib.

Sözügedən qalmaqalın detallarını növbəti yazılarımızda davam etdirəcəyik. Həmçinin borcun ödənilməsinə əngəl yaradanların kim olduğunu, onların Beynəlxalq Bankda hansı post tutduqlarını açıqlayacağıq.

Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin...

Oxunub: 765

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər