Məşhur vəkil 3,3 milyardlıq borcun üstünü açdı – Hacıyev Şərifovla üzləşəcək?













Vəkil Adil İsmayılov Azərbaycan Beynəlxalq Bankının (ABB) 3 milyard 300 milyon dollar xarici borcu ilə bağlı şəkil paylaşıb. Həmin şəkildə ABB-nin borcları haqda müfəssəl məlumat yer alıb. Məlum olur ki, təkcə Cargill şirkətinə 715 milyon dollar borcu var

Yada salaq ki, Cahangir Hacıyev həbsinin ilk günlərindən məhkəmədən bir neçə şəxslə üzləşdirmə aparılmasını tələb edib. O şəxslərdən biri maliyyə naziri Samir Şərifov idi.

2015-ci ildə o, istintaqa vəsatətlə müraciət edib ki, Samir Şərifovla üzləşdirilməsi təmin olunsun. Sabiq bankir üzləşdirmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını da tələb edirdi. Cahangir Hacıyevin mövqeyi belə idi ki, o, Beynəlxalq Bankdan kreditləri təkbaşına verməyib. Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri də bu işlərdə məsuliyyət daşıyır. Məlumdur ki, Mərkəzi Bank ildə bir neçə dəfə ölkədə fəaliyyət göstərən bankları, həmçinin Beynəlxalq Bankı yoxlayıb və bu gün də yoxlayır.

Bundan başqa, Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus olub və dövləti bankda Maliyyə Nazirliyi təmsil edib. Cahangir Hacıyev də bu baxımdan Elman Rüstəmov və Samir Şərifovla üzləşmə tələb edir ki, kreditlərin verilməsində özbaşına qərarlar qəbul etmədiyini sübut edə bilsin.Və əgər çoxmilyonluq kreditlərin verilməsində qanunsuzluq olubsa, bu, Mərkəzi Bankın ildə bir neçə dəfə Beynəlxalq Bankda keçirdiyi auditin yekun sənədlərində öz əksini tapmalı idi. Üstəlik, Beynəlxalq Bankdan verilmiş 8 milyard manatdan artıq kredit 1 günün içində verilməyib. Bu proses – kreditlərin verilməsi – illərlə davam edib və hər il azı 4 dəfə Mərkəzi Bankın auditorları Beynəlxalq Bankda yoxlamalar aparıblar. Necə olub ki, Mərkəzi Bank auditorları illərlə Beynəlxalq Bankdakı qanunsuzluqları üzə çıxara bilməyiblər?

Digər tərəfdən, Maliyyə Nazirliyi rəhbərliyinin, Samir Şərifovun bu illər ərzində Beynəlxalq Bankdakı durumdan xəbərsiz olması inandırıcı görünmür. Dövlət Beynəlxalq Bankdakı 51 faizlik payını Samir Şərifova (Maliyyə Nazirliyinə.red.) həvalə etibar edib və məlum olub ki, nazir həmin payın taleyinə elə də isti münasibət göstərməyib. Niyə? Dövlətin milyardlarının batmasında Samir Şərifovun rolu müəyyən olunmalı deyilmi?

Cahangir Hacıyevin maliyyə naziri ilə üzləşdirmə tələb etməsi, dövlətin maraqlarının təmin olunması baxımından da tam uyğun və əsaslıdır. /musavat.com/

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər