Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov üz-üzə - Nazirin bankı akademikin şirkətini məhkəməyə verdi

dogruxeber.tv: - “AFB Bank” ASC “Şərq-Qərb” ASC-ni məhkəməyə verib.
Məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Artıq iyunun 18-nə hazırlıq iclası təyin edilib.

"Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb. 2001-ci ildə "Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan "Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti·və mətbəə fəaliyyət göstərir. ASC-nin qanuni təmsilçisi Mehdiyev Asəf Mehdiyeviçdir.

Mediada yayılan məlumatlara görə, “Şərq-Qərb” ASC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəzarətindədir. Bu iddia qarşı tərəfdən təkzib olunmayıb. AMEA prezidentinin müəllifi olduğu kitabların əsasən bu ASC tərəfindən nəşr edilməsi də təsadüfi sayılmır.

Bir müddət əvvəl Hesablama Palatasının yaydığı hesabatda qeyd edilirdi ki, “Şərq-Qərb” ASC-nin AMEA-ya 10,4 milyon manat borcu yaranıb. “Həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq, çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 milyon manat məbləğində debitor borcun bağlanılmaması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalı nəzərə alınaraq Baş Prokurorluğa təqdim edilib”, - hesabatda bildirilir.

“AFB Bank” ASC-yə gəlincə, 2019-cu ilin ilk aylarına qədər bankın əsas səhmdarı “Gilan Holdinq” olub. 7 fevral 2019-cu il tarixdə bankın 55 447 səhminin 70 140 455 AZN-ə Hikmət İsmayılov adlı şəxs tərəfindən alınması ilə bağlı saziş imzalanıb.

Beləliklə, hazırda bankın səhmlərinin 99.64 faizi Hikmət İsmayılovdadır. Bankın daha iki səhmdarı var: Cəmil Muradov və Əkbər Abdullayev. Onların hər biri səhmlərin 0.18 faizinə sahibdir.

Hikmət İsmayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. “Gilan Holdinq”in də Fövqəladə Hallar nazirinə məxsus olduğu sirr deyil. Hikmət İsmayılov “AFB Bank”ın səhmlərini alanda bu, bankın Kəmaləddin Heydərovun nəzarətindən çıxarılması kimi qələmə verilmişdi. Əslində isə nazir bankı sadəcə “Gilan Holdinq”in tərkibindən çıxarıb.// Hit.az

Oxunub: 658

Son xəbərlər

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

Bütün xəbərlər