gundem / hadise
23.06.2021
Mərdəkan şossesində yanğın: Yolda sürət həddi endirildi
dogruxeber.tv: - Bakının Mərdəkan şossesində yanğın baş verib, yolda sürət həddi endirilib
Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarından yanğın baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub.
Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.//xezerxeber.az



