Qüdsi Osmanovun başı dərddə...-geri çağrılacaq


dogruxeber.tv: - Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğlunun həbs edilməsi ilə bağlı məlumat yayılmışdı
Bu barədə fontanka.ru portalı məlumat yayıb.
Məlumata görə, Osmanov Vyanadan Minskə gəlib və burada onu "Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.
İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.
Rusiya Cinayət Məcəlləsinin 172-ci ("Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.
Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur.
Bizimlə müsahibəsində Q.Osmanov oğlunun tutulması barədə xəbəri təsdiq edib: "Bu mənim ilk nikahımdan olan oğlumdur. Hələlik işin təfərrüatları ilə tanış deyiləm. Çox təəssüflənirəm”.
Redaksiyamızda olan məlumata əsasən, Qüdsi Osmanov ilk ailəsi ilə əlaqələri itirib və uzun illər oğlu ilə ünsiyyət qurmayıb. Emil Osmanov problemli uşaq olub və atası onun tərbiyəsində iştirak etməyib.
Qüdsi Osmanov hazırda ikinci dəfə evlidir və ikinci evlilikdən 3 uşağı var.
***
Bu gün mediada yayılan digər məlumata görə isə Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov geri çağırılıb.

Məlumatın doğru olub-olmadığını öyrənmək üçün səfir Q.Osmanovla əlaqə saxlamışıq.

O, jurnalistin sualına aqressiv şəkildə cavab verərək heç nədən xəbəri olmadığını bildirib:

"işiniz-gücünüz yoxdur? Niyə öz işinizlə məşğul olmursunuz? Mənim heç nədən xəbərim yoxdur".

XİN-in mətbuat katibi Leyla Abdullayeva isə saytımıza açıqlamasında səfir Q.Osmanovun geri çağırılmasından xəbərsiz olduğunu bildirib: "Məndə belə bir məlumat yoxdur".

Qeyd edək ki, Q.Osmanov 2016-cı ildə Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

***

Xatırladaq ki, Qüdsi Osmanov ən qalmaqallı diplomatlarımız sırasında yer alır... Zaman-zaman mediada yer alan yazılar da onun siyasi iflasını stimullaşdıracaq faktorlar sayıla bilər. Yenixeber.org-a daxil olan məlumata görə artıq Qüdsi Osmanovla bağlı siyasi qərar qəbul olunub... Yaxınlarda bu səfirimizin geri çağrılacağı qətiləşib. //yenixeber.org

Son xəbərlər

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Bütün xəbərlər