Məşğulluq idarələrinin gülünc statistikaları... - “Elə rayon var idi ki, 1 nəfər işsiz kimi qeydiyyatda idi”


dogruxeber.tv: - Srağagün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. İclasın gündəliyində 14 məsələ olub. Deputatlar gündəliklə yanaşı, cari məsələlərlə bağlı da çıxışlar ediblər və bir sıra problemlər diqqətə çatdırılıb.
Millət vəkili Razi Nurullayev bildirib ki, insanların taleyini müəyyən edən məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli, qərarı da Parlament verməlidir:

“Ölkədəki məşğulluq xidmətləri ilə bağlı vəziyyət onu qane etmir: “Hər gün biz o xidmətlərə dəfələrlə müraciət edirik, vətəndaşlara ya vakansiya yoxdur, ya da filan saytı izləyin, vakansiya olanda müraciət edin deyilir. Məşğulluq xidmətləri vətəndaşları yola verməklə məşğul olur. İş yoxdursa, insanlara yol göstərsinlər. 5-6 ay insanları gözlədirlər, axırda da iş olacaq, olmayacaq bəlli deyil. Bəs, bu 5-6 ayda vətəndaş nə yeməlidir? Məşğulluq xidmətləri insanlara yol göstərməlidir ki, iş tapana qədər necə müavinət almalıdır, hansı qurumlara baş vurmalıdır. Amma heç birini etmirlər, insanları yola verirlər”.

Azərbaycanda sosial siyasətin arzuolunan səviyyədə olmadığını deyən iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, hökumət işsizlik səviyyəsi təqribən 5 faizdən aşağı elan edib:

“Beynəlxalq hesabatlara da belə məlumatlar yayırlar. Lakin iqtisadiyyatı inkişaf etmiş ölkələrdə belə işsizlik səviyyəsi 11-12 faiz olduğu zaman normal hesab olunur. Məsələn, Türkiyədəki statistik göstəricilərə görə, işsizlik 18 faizdir. Azərbaycanda isə bu rəqəmlər 25-30 faiz, gənclər arasında 50 faizdən yuxarıdır.

Bu statistik rəqəmlər onu göstərir ki, hökumət işsizliyin səviyyəsini aşağı endirməklə müavinət verməyi hədəfləmir. Ancaq vətəndaşlara işsizlik müavinəti verilməlidir. Təbii ki, işsiz şəxs məşğulluq idarələrinə müraciət edərkən təklif almalıdır. Belə təkliflər yoxdursa, deməli ona işsizlik müavinətləri vermək lazımdır.

Azərbaycanda isə bu məsələdə qanunvericilik sovet ittifaqından qalmış ənənə ilə davam etdirilir. Sanki hər rayona müəyyən plan qoyurlar ki, “sizdə işsizlik faizi bu qədər olmalıdır”.

Hətta gülməli statistikalar yayılırdı, elə rayon var idi ki, 1 nəfər işsiz kimi qeydiyyatda idi. Məsələn, bir neçə il öncə Daşkəsən rayonunda belə statistika qeyd olunmuşdu”.

İqtisadçının fikrincə, millət vəkilləri səbəbləri aradan qaldırmaq üçün hökumətə təsir göstərməlidir:

“Təbii ki, məşğulluq idarələri rayonlarda nə edə bilərlər? İşsizlər böyük şəhərlərdə daha çoxdur. Az qala Respublikanın yarı əhalisi Bakıda cəmləşib. Bu, hökumətin regionların sosial-iqtisadi inkişafını tarazlı aparmadığının göstəricisidir. İqtisadi-sosial siyasət hədəfə çatmayıb. Məşğulluqla bağlı rayon idarələrini tənqid etmək asandır.

Tənqid etsələr də onların heç biri bu sahəni düzəltmək iqtidarına deyillər, çünki onlarda asılı vəziyyət yoxdur. Mərkəzi hökumət, Nazirlər Kabineti və Prezident Administrasiyası bu məsələyə cavabdehdir.
Millət vəkilləri də həmin qurumları sorğu-sual etsələr, daha məntiqli olar”.//dia.az

Son xəbərlər

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər