Bank qəhrəman zabiti “qara siyahı”ya salıb – Polkovnik–leytenanta qarşı haqsızlıq


dogruxeber.tv: - Azərbaycan Ordusunun polkovnik-leytenantı, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində əvvəldən sona qədər rəşadət göstərmiş, bir neçə dəfə yaralansa da, israrla cəbhə xəttinə qayıdaraq, düşmənlə savaşmış Elşən Umarov bankların haqsızlığı ilə üzləşib.

Zabitimiz Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasında iştirak edib, Ali Baş Komandan tərəfindən təltif edilib. Peşəkar zabit E.Umarov hazırda Vətən qarşısında xidmətini Qubadlıda davam etdirir.

Onun yaxınları bildiriblər ki, E.Umarov hazırda banklardan kredit ala bilmir. Çünki döyüşlərdə olduğu zaman “Unibank”-a kredit borcunu gecikdirib, buna görə onun adını Mərkəzi Bankın “qara siyahısı”-na salıblar.

Baxmayaraq ki, müharibə dayandıqdan sonra Elşən Umarov gəlib gecikmiş borclarını ödəyib.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev banklara tövsiyə etmişdi ki, Vətən müharibəsi iştirakçılarının döyüşlər gedən müddətdə kredit ödənişlərini o döyüşçülərə bağışlasınlar. Amma adıçəkilən bank dövlət başçısının bu tövsiyəsini Elşən Umarova aid etməyib.

“Elşən Umarov zabit kimi yüksək əməkhaqqı alıb, müharibədən əvvəl kredit borclarını vaxtında ödəyib. Ona görə kredit almaq onun üçün problem olmayıb. Amma müharibə günlərində, zabitlərin nəinki kredit ödəmək, həftələrlə ailəsi ilə telefonda danışmaq imkanı olmayıb.

Bu şəraitdə E.Umarov kreditin borcunu necə ödəyə bilərdi? O, döyüşlərdən qayıdan kimi gecikmiş borclarını qaytarıb və hazırda qrafik üzrə ödənişini davam etdirir. Amma ona yenidən kredit vəsaiti lazımdır, çünki övladının xeyir işi yaxınlaşır, onun xərclərini qarşılamalıdır. Hazırki şəraitdə bu vəsaiti ancaq banklardan almaq olar, çünki Azərbaycan Ordusununun zabitləri, onların çevrələri varlı insanlar deyillər. Müharibədən sonra şəhidlərin, qazilərin milyonlarla manat borcları bağlanıb.

Elə bu fakt göstərir ki, zabitlər daim ehtiyac içində olublar və bankların ən çox müştəriləri elə bu təbəqədəndir. “Unibank” ASC-dən Elşən Umarova bildiriblər ki, adı Mərkəzi Bankın reyestrində problemli müştəri kateqoriyasına salınıb. Ona görə istədiyi kredit məbləğini ona verə bilməzlər”, - deyə zabitin qohumları bildiriblər.

E. Umarov hazırda üzləşdiyi haqsızlığa görə çıxılmaz vəziyyətdədir. Onu daha çox incidən isə işi-gücü rahat otaqlarda, fırlanan kreslolarda əyləşib pul satmaq olan bankirlərin ona pul satmamasıdır. O, sadəcə aylıq 25-27 fazilə, daha doğrusu sələmçi şərtləri ilə borc vəsaiti istəyir ki, problemini yoluna qoya bilsin. Amma problemli kreditlər içində itib-batan banklar Azərbaycan zabitinin özünü “problemli” elan ediblər.//dia.az

Oxunub: 617

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər