siyaset
20.04.2020
Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.
dogruxeber.tv xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşən Qayıbov vəzifəsindən azad edilib.
Digər əmrlə Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi təyin olunub.(azvision.az)


