“Oynaya-oynaya maska taxmaq, vallah, faciədir” – Səməd Səmədovdan etiraz


dogruxeber.tv: - Xalq artisti Səməd Səmədovun müsahibəsi:

- Səməd bəy, artıq iyulun 1-dən etibarən toylar başlayır, siz necə bu qərarı necə qarşıladınız?

- Mən bütün xalqımızı təbrik edirəm. İstər ad günü, istər nişan, istərsə də toy edəcək hər kəs bu qərara çox sevindi. Amma mən vətəndaşlara səslənirəm, mütləq təcili şəkildə peyvənd olunun. Çünki məclislərdə ciddi yoxlama olacaq. Təsəvvür edin, bircə nəfərə görə 50-100 nəfər yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Yaxud bir nəfərə görə 100 nəfər cərimə ödəyə bilər. Ona görə də hamı peyvənd vurdurmağa tələsməlidir. Mən də bir sənətçi kimi bu xəbərə çox sevinirəm. Qazanc olacaqsa, evdə də qazan qaynayacaq, həyat davam edəcək. Ordumuzun bizə yaşatdığı zəfər sevincindən sonra bu xəbər lap yerinə düşdü. Allah əsgərlərimizi qorusun, bizə yeni-yeni əsgərlər lazımdır. Ona görə də qoy hər zaman toy-bayram olsun.

- Toylarla bağlı müəyyən qadağalar da var. Siz də bu qadağalardan gileylənənlər sırasındasınız?

- Bu qadağalar olmasa daha yaxşı olar. Mən bu fikirdəyəm ki, qoy toy yiyələri 50-80 nəfər dəvət etsin, amma bu qadağalar olmasın. Rəqs edənlər maskasız olsunlar. Bu insanlara əziyyət olacaq. Maska ilə adicə gəzəndə adamın nəfəsi daralır, tərləyirsən, o ki, qaldı maska ilə oynamaq. Oynaya-oynaya maska taxmaq, vallah, faciədir. Adicə dükana, ya qapalı məkana girəndə belə maska taxmalısan, bununla haradasa razıyam, lakin toyda maska taxmaq bir az absurd gəlir. Qoy 80 nəfər qonaq olsun, ara məsafə çox olsun, amma maska taxılmasın. Hətta eşitmişdim ki, şadlıq saraylarında kondisioner də yandırmağa icazə verməyəcəklər.

- Sizcə, COVİD pasportu vacib olduğu halda 150 nəfər qohumu, dost-tanışı bir araya yığmaq asan olacaqmı?

- Məncə, yox. Onsuz da ilk başlarda 150 nəfəri bir yerə heç kim yığa bilməyəcək. Heç bir toy yiyəsi o qədər pasportlu adam tapa bilməyəcək. Hamının peyvəndi yoxdur. Gəlib yoxlayanda da nə qədər cərimə yazıldığını özünüz məndən yaxşı bilirsiniz. Bütün bunlar nəzərə alınsa, toy yiyəsi 60-80 nəfəri güclə bir araya gətirə biləcək. Belə olsa da eybi yoxdur, təki toy olsun... Artıq bir ildən çoxdur müğənnilər, musiqiçilər əziyyət çəkirdilər, 5-10 manat puldan ötrü min bir əziyyətə qatlaşırdılar ki, təki evdə qazan qaynasın.

- Toylara icazə veriləndən sonra şadlıq saraylarının qiymətləri qaldırmasına münasibətiniz necədir?

- Kimin imkanı varsa, onsuz da gedib bahalı restoran tutacaq. Əvvəl bir yerə 60 manat verirdisə, indi 100-120 manat verəcək və problem olmayacaq. Amma kimin imkanı yoxdursa, gəzib-dolaşıb uyğun qiymətli şadlıq evi tapacaq. Hətta 25-35 manat arası da yerlər tapa biləcəklər. Qiymətləri qaldıran şadlıq sarayları nəzərə almalıdırlar ki, 25-30 manatlıq qiymət təklif edənlər hər gün işləyəcəklər, hər gün onlarda məclis keçiriləcək. Onların yeməkləri də bahalı yerlərdən əskik olmayacaq. Kimlər ki, ucuz və keyfiyyətli xidmət təklif edirlər, onlar hər gün işləyib qazanacaqlar.

- Bəzi həmkarlarınız da toy qiymətlərini artıracaqlarını anons ediblər. Sizdə vəziyyət necə olacaq, qiyməti qaldırmağı düşünürsünüz?

- Yox, mən qiymətləri qaldırmağı düşünmürəm. Pandemiyadan əvvəl 8-10 minə toylara gedən həmkarlarım olsa da mən heç vaxt yüksək qiymət deməmişəm.

- Sirr deyilsə, sizdə qiymətlər hansı aralıqdadır?

- O vaxt camaat 12 min qiymət oxuyanda mən, vallah, 4000 manat deyib, düşürdüm 3000-ə. Bəzən 3000 manat deyib, yenə düşürdüm. Bəzən olurdu ki, toy yiyəsi deyirdi ki, “Baxın, Səməd müəllim, hazırda gəlin də yanımdadır və deyir ki, Səməd Səmədov oxumasa, mən ərə getməyəcəyəm”. Belə olan halda 2500-ə, hətta 2000 manata qədər də düşürdüm.

- Bəs o qiymətə gedib oxumaq sərfəlidir?

- Elə olub ki, hətta 1500-ə də düşmüşəm. Çünki qiymətə naz edib evdə oturmaqla heç kim gətirib mənim cibimə pul qoymayacaq. Düşünmüşəm ki, eybi yox, mən qazanmayım, amma musiqiçilərim evlərinə çörəkpulu apara bilsinlər. Bundan başqa, əgər mən 2500-3000 manata ayda 25 toy oxuyuramsa, görün bu pul hara vurub çıxır. Amma 10-12 min manata gedənlər həftədə bir toya dəvət alacaqlar, mən isə beş. Ayın sonunda gəlir yenə də bərabər olacaq.//yenisabah.az

Oxunub: 709

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər