Toylar da bərpa edilə bilər: amma bu qaydalarla...

"Dövlət pandemiyanın qarşısını almaq üçün çox böyük tədbirlər gördü. Həm modul tipli xəstəxanaların hazırlanması, həm çarpayı fondunun artırılması, həm dərman təchizatı, stasionarın təchizatı, həm də qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlanılmasını buna misal göstərmək olar".

Bunu Milli.Az-a açıqlamasında koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan Tibb elmləri namizədi Eldar Kamranov deyib.

O bildirib ki, yumşalmalara gedilsə də müəyyən qaydalara mütləq əməl etməliyik:

"Açıq havada maska taxılmasının ləğvinin birtərəfli tərəfdarıyam. Artıq bu, bir məna kəsb etmir. Maskadan yalnız qapalı məkanlarda istifadə etmək lazımdır. Hansı ki, o məkana giriş-çıxış çoxdur. Bax, elə qapalı yerlərə girəndə maska taxmaq işimizin xeyirinədir.

Böyük ticarət mərkəzlərinin də açılmasını təqdir edirəm. Amma orada da müəyyən qaydalara riayət etmək, maska taxmaq, məsafə saxlamaq kimi müəyyən prinsipləri gözləmək lazımdır. Bu cür ticarət mərkəzləri də işləməlidir, çünkü bu yolla da dolanan insanlar çoxdur.

Çox vacib yumşalmalardan biri də metronun açılması qərarı oldu. Metro açılmaqla avtobuslardakı sıxlığı aradan götürəcək. Sərnişin avtobuslarındakı sıxlıq xeyli azalacaq. Metro böyük nəqliyyatdır. Sutkada 0,5 milyondan çox insan bu nəqliyyat növündən istifadə edir. Bu bizim şəhər üçün çox böyük rəqəmdir. Ona görə də müəyyən qaydaları gözləmək şərti ilə metro işləməlidir. Bununla da camaatın narahatlığı, narazılığı xeyli azalmış olacaq.

İnsanları hazırda ən çox narahat edən məsələ də toylarla bağlı qadağanın ləğv edilməməsidir. Toy biznesi ilə xeyli insan ailəsini dolandırır. Görün nə qədər adam oradan çörək yeyir. Mənə zəng edən musiqiçilər var, deyrirlər ki, "Doktor, biz artıq alətlərimizi satırıq". Biri deyir Rusiyaya getmək istəyirəm, biri deyir taksi sürmək istəyirəm. Düşünürəm ki, toylara da müəyyən qaydalar çərçivəsində güzəştə getmək lazımdır. 300 nəfər əvəzinə 80 nəfər dəvət edilsin, 6 saat əvəzinə 3 saat keçirilsin, masa ətrafında 10-12 nəfər yox, 5 adam otursun. Bu qaydalarla toyları bərpa etməklə toy biznesini yenidən dirçəltmək lazımdır".

Oxunub: 589

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər