Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ

dogruxeber.tv: - "Pandemiya zamanı sərt karantin rejiminin yumşaldılması həm əhalinin məsuliyyətinin artması, maskadan daha çox insanın düzgün istifadə etməsi, təhsil müəssisələrinin bağlı qalması, təbii iqlim şəraiti (virusun mutant variantının xüsusiyyətlərinin zəifləməsinə səbəb olur - red) və COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi səbəbindən oldu".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, hər nə qədər karantin yumşaldılsa da maskadan istifadə, sosial məsafə və əl gigiyenası qaydalarına mütləq riayət olunmalıdır:
"Təbii ki, yumşalmalar barədə qərarın verilməsində vaksinasiyanın da rolu böyükdür. Çünkü Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı. Ancaq insanlar yenə də karantin rejiminin yumşaldılmasına baxmayaraq daimi olaraq əl gigiyenasına riayət etməlidir, sosial məsafəni gözləməlidir, vaksinasiya olunmalı olan şəxslər mütlə vaksinasiya olunmalıdır, qapalı məkanlardan bacardıqca uzaq durmaq lazımdır. Əgər qapalı məkanlardan məcburi şəkildə istifadə etmək zərurəti yaranıbsa, mütləq tibbi maskadan istifadə edilməlidir və məkan havalandırılmalıdır.
Açıq havada da simptomları (kəskin respirator xəstəlik - soyuqdəymə, qrip) olan şəxslərin maska taxması məqsədə uyğundur. Bu, bizi təkcə koronavirusdan deyil, digər hava damcı yolu ilə keçən infeksiyalardan da qoruyacaq. Yəni simptomu olan şəxsin hər yerdə maska taxması digər insanları hər hansı bir hava damcı yolu ilə keçən xəstəliklərdən qoruyacaq. Ona görə də hər nə qədər də qaydalar yumşaldılsa da dediyim bu nüanslara insanlar riayət etməkdə davam etməlidirlər".

Son xəbərlər

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

Bütün xəbərlər