“Bizim camaatı özbaşına qoymaq olmaz!“ - Seyran Səxavət








Son günlər cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri də isti hava şəraiti hökm sürdüyü halda maska qadağasının hələ də ləğv edilməməsidir. Məlumdur ki, bir müddət əvvəl ölkə başçısı İlham Əliyev də açıq havada yaxın təmas olmadığı təqdirdə maska taxmağın zəruri olmadığını bildirdi. Həmçinin həkimlər də qapalı məkanlarda, ictimai iaşə obyektlərində insanlar maskasız dolaşsa da, açıq havada belə bir məcburiyyətin olmasını absurd hesab edir.

Mövzu barədə Yenisabah.az-a danışan yazıçı Seyran Səxavət də epidemiya ilə bağlı qəbul edilən qərarlarda boşluqların olduğunu vurğulayıb:

“Məsələn, qapalı yerdə maskasız oturana heç nə demirlər, lakin açıq havada cərimələyirlər. Elə ötən dəfə biz özümüz də qapalı məkanda olduq, hamı maskasız idi, amma sosial məsafə gözlənilirdi. Düşünürəm ki, sıxlıq olmayan yerlərdə maska taxmaq tələb olunmamalıdır. Bunu polis yox, lap Allahın bacısı oğlu olsa da, heç kəs edə bilməz. Tutaq ki, mən səhrada gedirəm, kimi yoluxdura bilərəm? Ətrafda heç kəs olmadığı halda maska taxmağın qəti əleyhinəyəm. Metro tərəfdən bir uşaq keçirsə, mən də ondan 40 metr uzaqdayamsa, niyə maska taxmalıyam? Maska taxmaq hamımız üçün ağırdır. İnsan anadan maska ilə doğulmayıb ki! Məsləhət bilsə, Allah adamı maskalı yaradardı. Xatırlayıram, Prezident İlham Əliyev də bununla bağlı fikir bildirdi. Axı İlham Əliyev hər bir polisin yanında dura bilməz. Çölün düzündə bu nə maskabazlıqdır?”

Həmsöhbətimiz hesab edir ki, insanların çox olduğu yerlərlə bağlı həkimlər nə deyirsə, nə məsləhət görürsə, ona əməl etmək lazımdır:

“Bir şeyi də deyim ki, bizim bu camaatı özbaşına qoymaq olmaz. Elə camaatımızın bir sözü var. “Ölünü özbaşına qoysan, kəfəni yırtıb çıxar”,-deyirlər. Yəni bütün dünyada pandemiya hökm sürür, artıq ortada təcrübə var. Nəfəsin tıncıxırsa, evində otur. Təzədən neçəncisə dalğa gələcəksə, maska ilə ölmək hamısından yaxşıdır. Çünki hər yeni dalğa neçə-neçə insanın ölümünə səbəb olur. Ortayaşlı insanlarımızı aparır. Bazarda, marketlərdə maska vacibdir. Düzdü, mənə də maska taxmaq çətindir, amma qorunmaq üçün bunu etməliyik. Gigiyena qaydalarına əməl olunmalıdır. Spirt və sabundan mütəmadi olaraq isdtifadə etməliyik. Bizim xalqın onsuz da sabuna münasibəti həmişə normal olub axı!”.

Oxunub: 608

Son xəbərlər

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Bütün xəbərlər