gundem / hadise / Foto
26.06.2021, 11:00
Gəlinin asılmış, kişinin güllələnmiş meyiti tapıldı - Ailə faciəsi - FOTO
Yeni ailə quran cütlüyün yaşadığı yerə gedən kişi dəhşət yaşayıb.
Dogrueber.az Milli.Az-a istinadla bildirir ki, Türkiyənin Mersin şəhərində yeni evlənən cütlüyün cəsədi tapılıb.
Qadının meyitini asılmış, kişinin cəsədini isə başından vurulmuş halda tapan qonşuları şoka girib. O, dərhal polisə xəbər verib.
Evdə həmin vaxt cütlüyün körpəsi də olub. Yatmış vəziyyətdə olan körpənin səhhəti ilə bağlı hər hansı problemi yoxdur.
Məsələ ilə bağlı araşdırma aparılır, hadisənin təfərrüatı araşdırılır.




