"Nəcməddin Sadıkova bağlı şəxslər vəzifəsinə “əlvida” deyəcəklər" - GƏLİŞMƏ


dogruxeber.tv: - Azərbaycan Ordusunda yaxın gələcəkdə struktur islahatlarının yeni mərhələsi həyata keçiriləcək və Silahlı Qüvvələrin say tərkibi artırılacaq. Prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında çıxışı zamanı bu məsələyə toxunub. Dövlət başçısı İlham Əliyev hələ bu ilin fevralın 26-da xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında prosesin başlanmasının anonsunu vermişdi.

Siyasi şərhçi Aqşin Kərimov vurğulayıb ki, orduda islahatlar Vətən müharibəsinin nəticələri və gedişatı təhlil edilərək aparılacaq. Yekun nəticə isə hərbi qüdrətin daha da artırılmasına hesablanıb:

"Prezident İlham Əliyev Azərbaycan Ordusunun daha güclü və daha müasir olmasından danışarkən Türk Silahlı Qüvvələrinə istinad vermişdi: “Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq”. Müharibədən sonra Azərbaycan Ordusunun gücləndirilməsi regionda yaranmış yeni geosiyasi reallığın tələbləridir. Say tərkibinin artırılmasının paralelində ən müasir silahların tədarükünün davam etdirilməsi də aktuallıq kəsb edir. Bu isə hərbi texniki əməkdaşlıq haqqında yeni kontraktların bağlanması ilə reallaşır".

Ekspert diqqət çəkib ki, 2021-ci il girəndən bəri Azərbaycan tərəfi hərbi-texniki əməkdaşlıqlar üçün yeni bazarlara çıxış əldə etmək istəyir:

"İsraillə, Türkiyə ilə birgə silah istehsalı da gündəmdədir. Artıq belə layihəyə start verilib, belə ki, İsrailin “Meteor Aerospace” şirkəti Xəzər Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb, müəssisə “Caspian Meteor” adlanır. Türkiyə ilə də prosesə yaxın zamanlarda başlanılacaq, Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir bu barədə mesaj verib".

A.Kərimov qeyd edib ki, Şuşa Bəyannaməsində də hərbi sahədə birgə layihələrin həyata keçirilməsinin məqsədləri izah olunub:

"Azərbaycan Ordusunun daha da gücləndirilməsinin hədəflərinə gəlincə isə bu, bölgədə sülh və təhlükəsizliyin təmini üçün vacibdir. Təhdidlərin operativ və çevik şəkildə qarşısının alınmasına hesablanıb, ordunun gələcəkdə hər hansı əməliyyatlarında optimallığı təmin edəcək. Orduda peşəkar hərbçilərin sayı çoxalacaq. Struktur islahatları həm də o deməkdir ki, Nəcməddin Sadıkova bağlı şəxslər hamısı vəzifəsinə “əlvida” deyəcək".//dia.az

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər