Nərimanov rayonunda Vətən Müharibəsi şəhidlərinin medalları  onların ailə üzvlərinə təqdim edilib

dogruxeber.tv: - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamlarına əsasən Vətən Müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlmiş Nudirəliyev Zaur İsmayıl oğlu, Əhədov Mehrac İntiqam oğlu və Qasımov Şəhriyar Vəzir oğlunun ailə üzvlərinə bu gün Nərimanov Rayon İcra Hakimiyyətində medallar təqdim olunub.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Yusif Mirzəyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İH-nin əməkdaşları və şəhidlərin ailə üzvləri iştirak edib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladığını, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağı, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd olunub.

Daha sonra çıxış edən SHXÇDX-nin rəis müavini, general-mayor Yusif Mirzəyev Vətən Müharibəsi iştirakçılarının göstərdikləri şücaətlərdən, onların Vətən sevgisinin Azərbaycan gənclərinə böyük örnək olduğundan söz açmışdır.

Daha sonra Vətən Müharibəsindəki igidlik və şücaətlərinə görə təltif olunan Nudirəliyev Zaur İsmayıl oğlunun “Vətən Müharibəsi Qəhrəmanı”, Əhədov Mehrac İntiqam oğlunun və Qasımov Şəhriyar Vəzir oğlunun “Vətən uğrunda” medalları onların ailə üzvlərinə təqdim edilib.

Sonda şəhid ailələri onlara göstərilən dövlət qayğısına və övladlarının qəhrəmanlıqlarını yüksək qiymətləndirdiklərinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Nərimanov rayonunda Vətən Müharibəsi şəhidlərinin medalları  onların ailə üzvlərinə təqdim edilib

Nərimanov rayonunda Vətən Müharibəsi şəhidlərinin medalları  onların ailə üzvlərinə təqdim edilib

Nərimanov rayonunda Vətən Müharibəsi şəhidlərinin medalları  onların ailə üzvlərinə təqdim edilib

Nərimanov rayonunda Vətən Müharibəsi şəhidlərinin medalları  onların ailə üzvlərinə təqdim edilib

Oxunub: 767

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər