Nərimanov Rayon İcra Hakimiyyətində “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən Müharibəsində Şanlı Ordumuz parlaq qələbələrlə xalqımıza sevinc, düşmənə isə rüsvayçı məğlubiyyətin acı taleyini yaşatdı. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Ölkəmizdə yaşayan bütün milli azlıq nümayəndələri milli vəhdət halında Vətən Müharibəsində qəhrəmanlıq nümunələri göstərib, döyüşlərdə böyük sücaət və igidlik nümayiş etdirmişlər.

22 aprel tarixində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Nərimanov Rayon İcra Hakimiyyətində Real TV-nin təşkilatçılığı ilə ərsəyə çatan, Vətən müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi simvolu kimi dəyərləndirilən, azərbaycanlılarla yanaşı, müharibədə iştirak edən, Azərbaycanı özünə ANA VƏTƏN seçmiş fərqli dinlərin və millətlərin nümayəndələrinin ülvi Vətən sevgisindən bəhs edən “Dəmir yumruq” adlı sənədli filminin təqdimatı olmuşdur.

Filmin nümayişindən əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinn başçısı Abdin Fərzəliyev çıxış edərək tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləmiş, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən, xalqımıza Şanlı Qələbə sevincini və qürurunu yaşadan bütün müharibə iştirakçılarına təşəkkürünü bildirmiş, qəhrəman oğullarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu diqqətə çatdırmışdır. Abdin Fərzəliyev çıxışında hər zaman şəhid ailələrinin və qazilərin yanlarında olduqlarını, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin daima əziz tutulacağını, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Azad Hümbətovun atası Arif Hümbətov şəhid ailələri və müharibə iştirakçıları adından çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Sonra “Dəmir yumruq” sənədli filmi nümayiş etdirilmişdir. Çox maraqlı və təsirli olan, Zəfər ruhlu bu filmi Nərimanov rayon rəhbərliyi ilə birlikdə tədbirdə iştirak edən şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, rayon idarələrinin rəhbərləri, eləcə də könüllülər izləmişlər.
Nərimanov Rayon İcra Hakimiyyətində “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətində “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətində “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətində “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirilmişdir.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər