Gəncədə su problemi: “Azərsu”dan deputata cavab


Milli Məclisin deputatı Musa Quliyev parlamentin ötən həftə keçirilmiş iclasında çıxışı zamanı Gəncə şəhərində içməli su və kanalizasiya layihəsinin icrası, əhalinin içməli su təminatı və yaşıllıqların suvarılması məsələsinə toxunub.

dogruxeber.tv Axar.az a istinadən xəbər verir ki, bu barədə Azərsu ASC-nin açıqlamasında bildirilir.

"Hörmətli Musa müəllimin diqqətinə çatdırmaq istəyirik ki, “Azərsu” əhalinin içməli su təminatı ilə məşğul olur, ağacların və yaşıllıqların suvarılması ilə yox. Abşeron yarımadasında bitkilərin içməli su ilə suvarılması başadüşüləndir, çünki burada alternativ şirin su mənbələri olmadığından yaşıllıqlar içməli su ilə suvarılır. Amma Gəncə şəhərində kifayət qədər yeraltı su ehtiyatları olduğundan yaxşı olardı ki, aidiyyatı qurumlar suvarma işlərinin həmin mənbələr hesabına aparılması üçün tədbirlər görsünlər. Bunlara baxmayaraq, şəhərdəki yaşıllıqların böyük bir hissəsi içməli su ilə suvarılır.

Yeri gəlmişkən, Gəncə ŞİH Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaşıllıqların suvarılması üçün aldığı suya görə “Azərsu”ya 134 min manat borcu yaranıb.

Millət vəkilinin Gəncənin bir çox yerlərinə gündə cəmi 2 saat su verlməsi iddiasına gəlincə, bildiririk ki, bunlar artıq keçmişdə qalıb. Belə ki, layihənin icrası başa çatmazdan əvvəl vaxtilə subartezian quyularından gün ərzində cəmi 2 saat su ilə təmin olunan abonentlərin böyük əksəriyyəti fasiləsiz su alır. Hazırda Gəncədə xidmət olunan abunəçilərin 56%-i 24 saat fasiləsiz, 14%-i 12 saatlıq, qalan 30%-i isə 5-10 saatlıq qrafikli rejimlə su alır. Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Açıq kommunal infrastruktur” layihəsi çərçivəsində icra olunub. Layihənin icrasına nəzarət Almaniya bankının seçdiyi məsləhətçi şirkətlə birlikdə həyata keçirilib. İndiyə qədər layihənin icrasına 326 mln manat vəsait xərclənib və ayrılmış vəsaitə uyğun olaraq Gəncə şəhərinin Qızılqaya və Göygöl mənbələri yenidən qurulub, mənbələrdən şəhərə magistral su xətləri çəkilib və anbarlar inşa olunub,

içməli və tullantı su şəbəkələrinin tikintisinin 42 faizi yerinə yetirilib. Layihəyə uyğun olaraq Gəncə şəhərinə Göygöl, Qızılqaya mənbələrindən və Şəmkirçay sutəmizləyici qurğularından içməli su verilir. Bu mənbələrdən suyun gətirilməsi hesabına şəhərin müxtəlif yerlərində 72 subartezian quyusunun fəaliyyəti dayandırılıb və əlavə artezianların qazılması nəzərdə tutulmur.

Su və kanalizasiya layihəsinin icrası zamanı “Azərsu” hər hansı kəhriz və yaxud arxı da sıradan çıxarmayıb. Su və kanalizasiya xətlərində qəzaların baş verməsinə gəlincə, istismarda olan xətlərdə və hidrotexniki qurğularda qəzaların olması mümkündür. Podratçı şirkətlər tərəfindən su və kanalizasiya xətlərinin tikintisi zamanı küçə və prospektərin qazılmış asfalt örtüyü bərpa edilib.

Gəncə şəhərinin ətrafında yeni salınmış massivlərin su və kanalizasiya infrastrukturunun yaradılması, digər ərazilərdə mövcud sistemlərin yenidən qurulması layihənin növbəti mərhələsində həyata keçiriləcək", - deyə qurum bəyan edib.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər