Biləcəri sakinləri nədən NARAZIDIR? - GİLEY


dogruxeber.tv: - Binəqədi rayonu, Biləcəri qəsəbəsinin Xəqani və Vidadi küçələrində yaşayan sakinlər yol şəraitlərinin olmadığını deyiblər. Sakinlər yollarının bərbad, asfaltsız olmasından şikayətçidilər.

Sözügedən küçələrdə yaşayan insanların sözlərinə görə, qış aylarında əsasən də yağan yağışlar bu küçəni daha da keçilməz edir. Belə ki, ətraf küçələrdə yenidənqurma işləri başa çatdırılıb və yol sakinlərə təhvil verilib. Lakin bu küçə hər zaman olduğu kimi tozu və palçığı ilə qalmaqdadı.

Sözügedən ərazidə yaşayan Elçin Hüseynov bildirib ki, bununla bağlı sakinlər aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də, onların şikayətlərinə baxılmayıb. Acınaqlı vəziyyətdə olan yol şəraitləri isə olduğu kimi qalıb:

"2020-ci ildə Prezident İlham Əliyev məhəlləarası yolların abadlaşdırılması üçün sərəncam imzalayıb. Bu günə qəsər bələdiyyə sədrinin müavini Samirə xanıma müraciət etmişik. Hər dəfə əsassız bəhanələr gətirərək, biz sakinləri aldadır. Xahiş edirik ki, müvafiq qurumlar şikayətimizi bələdiyyə rəhbərliyinə çatdırsınlar. Öz borclarını dövlətə xəyanət etmədən sona qədər yerinə yetirsinlər".

Sakinlərin redaksiyamıza ünvanladığı şikayətlə bağlı Binəqədi rayon İcra Hakimiyyət ilə əlaqə yaratdıq. Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva dedi ki, Biləcəri qəsəbəsində qəsəbədaxili yollar dövlət proqramına daxil edildiyi üçün mərhələli şəkildə təmir ediləcək:

"Mərhələli şəkildə bütün küçələr təmir ediləcək. Yan küçə təmir edilibsə, elə bilirlər ki, onların küçəsi təmir edilməyəcək. Biləcəri qəsəbəsi Bakı şəhərində elə qəsəbələrdəndir ki, bütün qəsəbədaxili yolları dövlət planına salınmışdır. Yəni, qəsəbədaxili yolların təmiri və bərpası ilə bağlı dövlət planına daxil edilib. Bu rayon İcra Hakimiyyəti və bələdiyyə tərəfindən aidiyyatı qurumlara dəfələrlə müraciətdən sonra əldə olunmuşdur. Diqqət etsəniz, son bir-iki ildə Biləcəri qəsəbəsində çox yollar bu proqrama salındığına görə yenidən qurulmuş və təmir edilmişdir. Eyni anda bütün qəsəbəni təmirə bağlamaq mümkün olmadığına görə, mərhələli şəkildə bərpa olunacaq. Hazırda bəzi küçələrdə təmir davam etdirilir".

Ümid edirik ki, Biləcəri qəsəbəsinin Vidadi və Xəqani küçələrində yaşayan sakinlərin yol problemi tezliklə həllini tapmış olacaq.//dia.az

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər