Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!

Cəlilabadın Ağdaş sovetliyinin Güneyli kəndi sakini Əsgərov Mirxas Sayıl oğlu I Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edib.

dogruxeber.tv-ın TİA.Az-a istinadən məlumatına görə, vətəndaş Şirvan Apellyasiya Məhkəməsinin sədrlik edən hakimi İlham Əsədovun qanunsuz hərəkətlərindən narazdır.

Onun sözlərinə görə, Cəlilabadın Qurtuluş küçəsi 33 ünvanında yerləşən, ümumi sahəsi 1197.7 kv metr olan qeyri-yaşayış sahəsini “Orxan” şadlıq sarayını 2019-cu il tarixində, AN-I 0774870 nömrəli alqı satqı müqaviləsinə əsasən 200.000 manata Əsgərov Cəfər Sahib oğlundan alıb.

Sonradan aldığı şadlıq sarayını “Rabitə Bank”ın Lənkəran filialına girov qoyaraq Əsgərov Sayıl Sahib oğlunun adına kredit müqaviləsi bağlanaraq 270.000 manat pul krediti götürüb.

“İddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlu Cəlilabad rayon Məhkəməsi vasitəsi ilə mənə və qeyri yaşayış sahəsini aldığım Əsgərov Cəfər Sahib oğluna qarşı “Orxan şadlıq sarayı binasının özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və həmin müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair” iddia qaldırıb.

Birinci instansiya məhkəməsi iddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlunun iddiasının əsassız olduğundan təmin etməyib.

İddiaçı tərəfindən Apellyasiya şikayəti verib və Apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin sədrlik edən hakimi İlham Əsədov tərəfindən baxılıb.

Apellyasiya şikayətinə baxılarkən hakim İlham Əsədov bilərəkdən bir sıra qanunsuzluqlara yol verib”, – deyə şikayət məktubunda qeyd olunub.

Mirxas Əsgərov bildirib ki, “Orxan” şadlıq sarayı binasının bankda girov olmasını və bankında maraqlarına toxunan 3-cü şəxs qismində Apellyasiya Məhkəməsində işə cəlb edilməli olduğu halda məhkəmə “Rabitəbank” ASC-ni məhkəməyə cəlb etməyib:

“Əlavə olaraq hakim İlham Əsədov birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək mülki iş üzrə yeni qətnamə qəbul edərək iddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlunun iddiasını təmin edib.

İddianı təmin edən zaman mənim alqı satqı zamanı ödədiyim 200.000 manat pulun geri qaytarılmasına münasibət bildirməyib.

Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin sədrlik edən hakimi İlham Əsədov tərəfindən bilə-bilə qanunsuz qətnamə qəbul edib.

Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarmaya görə aşağıdakı məsuliyyəti nəzərdə tutulub:

295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hörmətli Mehriban xanım, qanunvericiliyin tələblərinə əsasən Sizdən Şirvan Apellyasiya Məhkəməsinin sədrlik edən hakimi İlham Əsədovun bilərəkdən etdiyi əməllər barəsində araşdırılma aparılaraq məsuliyyətə cəlb edilməsinə dair müvafiq göstəriş verilməsini xahiş edirəm”.

Oxunub: 651

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər