Elin gözü Elşəni görmür?

dogruxeber.tv: Cinayət Məcəlləsinin 244-cü maddəsində əxlaqsızlıq yuvaları saxlamağa görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

Cinayət Məcəlləsində bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, predmeti qismində isə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur.

Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur. Sözü gedən maddədə fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkdən ibarətdir.

Əxlaqsızlıq yuvaları dedikdə, fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsi nəzərdə tutulur.

Müşahidələr göstərir ki, işbazlar bir çox hallarda başqa adlarla (kafe, otel, masaj salonu vəs.) obyekt təşkil edir, sonradan isə tədricən onları əsas məqsədlərinə uyğunlaşdıraraq “pritona” çeviirlər. Belə əxlaqsızlıq yuvaarında birini də “Azerinfo.az” aşkar etmişdir. Tərəfimizdən müəyyənləşdirilmişdir ki, Abşeron ryonunun Masazır qəsəbəsində “Masazır dairəsi” deyilən əraziyə yaxın yerdə Elşən adlı şəxs tərəfindən işlədilən kafedə müştərilərə həm də bura işçi kimi cəlb olumuş yüngülməcaz qadınların intim xidməti təklif olunur.

Təsəvvür edin, təhlükəli yoluxucu xəstəlik olan koronavirus infeksiyasının tüğyan etdiyi indiki dönəmdə bu nə deməkdir. Həmçinin bəlli olub ki, kafedə çalışan işçilərin çoxu əmək müqaviləsi bağlanmadan işə cəlb olunublar. Bu isə o deməkdir ki, onların əmək haqından vergi tutulmur, sosial sığorta öhdəlikləri yoxdur.

Elşən adlı şəxsin, polisin neqativ hallara qarşı mübarizə aparmaq gücünün birmənalı təsdiqləndiyi indiki vaxtda “vur deyəni” olmadan bunca qanunsuzluqlara rəvac verməsi ağlabatan görünmür. Sonda onu da qeyd edək ki, əlimizdə yazdıqlarımızın sübutu kimi xidmət edəcək materiallar da vardır. Əlaqədar qurumların diqqətini həmin ünvanda baş verənlərə yönəltməyə və hasil olunacaq nəticə barədə oxucularımızı məlumatlandırmağa çalışacağıq.//Azerinfo.az

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər