Şəmkirdə vətəndaşın torpaq sahəsi zəbt olunub


dogruxeber.tv: - Məhərrəm Quliyev deyir ki, atasının adına olan 8 sot torpaq sahəsi xəbərdalıq edilmədən başqa şəxsin adına keçirilib

Şəmkirin Çinarlı qəsəbəsində anadan olan Quliyev Məhərrəm Yaşar oğlu müraciət edərək, atasının adına olan 8 sot torpaq sahəsinin qanunsuz olaraq başqa şəxsə satıldığını iddia edir. Hazırda Tovuz rayonunda “N” saylı hərbi hissədə xidmət aparan Məhərrəm Qulıiyev dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, problemi həllini tapmayıb:

“1997-ci ildə Şəmkirin Çinarlı qəsəbəsində hər ev başına 8 sot həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq atam Quliyev Yaşar Hüseyn oğlunun adına olub. 2009-cu ildə isə verilmiş 8 sot torpaq sahəsi qanunsuz sənəd əsasında satılıb. Dəfələrlə Şəmkir rayonu Çinarlı qəsəbəsi bələdiyyəsinə və kənd sovetinə, eyni zamanda Şəmkir şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Ora getdiyim zaman Torpaq və xəritəçəkmə şöbəsinin nümayəndəsi də orda idi. Daha sonra icra başçısının müavini Tofiq müəllim məni qəbul etdi. Problemimi ona danışdım. Bildirdi ki, biz sənə kömək edə bilmərik.

Daha sonra bu qurumlardan məni Şəmkir şəhər Məhkəməsinə yönləndirdilər. Lakin bunun da heç bir nəticəsi olmayıb. Məhkəmənin əməkdaşı mənə ərazinin çertyojunu gətirməyimi bildirdi. Sadəcə, mənim əlimdə ərazinin atamın adına olmasıyla bağlı sənəd var. Başqa sənəd yoxdur. Mənə bildirdilər ki, bu sənəd o qədər də önəm daşımır.

Bundan əlavə, dəfələrlə aidiyyatı qurumlara da müraciət etmişəm. Həmin qurumlarda məsələnin tezliklə həll olunacağını desələr də, təəssüf ki, problem olduğu kimi qalmaqdadır. Hazırkı bələdiyyə sədri bildirir ki, “məndən əvvəlki bələdiyyə sədrinin vaxtında sözügedən torpaq sahəsi satılıb”. İddia edirlər ki, bələdiyyə binası yandırıldığına görə, bütün sənədlər yanıb. Bu baxımdan bərpa edə bilmədiklərini deyirlər.

Qeyd etmək istəyirəm ki, hazırda arxiv idarəsinə verilmiş 8 sot torpağın atam Quliyev Yaşar Hüseyn oğlunun adına sənədi var. Xahiş edirəm ki, bu məsələni işıqlandırasınız və problemin həllində yardımçı olasınız”.//dunyaxeber.com

Oxunub: 833

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər