gundem / sosial / hadise / bolge
22.07.2021
Qusarda yabanı halda bitən çətənə kolları məhv edilib.
dogruxeber.tv: - Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zindan-Muruq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 1420 kiloqramdan artıq olan, 724 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.




