Burda da İŞ VAR İMİŞ... - İTTİHAM

dogruxeber.tv: - Heç kimə sirr deyil ki, müasir dünya reklam üzərində dayanıb. Yəni iqtisadiyyatı və digər sahələri reklamsız təsəvvür etmək olmur.
Çox təəssüf ki, ölkəmizdə reklam məsələsi uzun illər primitiv formada olub.

Bir şeyi bilməliyik ki, şəhər və rayon mərkəzlərindəki reklam lövhələri həm də şəhərin gözəlliyinə yaxşı və ya pis təsir edə bilər.
Yəni reklam məsələsi heç də sadə məsələ deyil.

Təsəvvür edirsiniz, açıq hava məkanında reklamların hazırlanmasına və quraşdırılmasına memarlar, dizaynerlər, rejissorlar, modellər, modelyerlər, tanınmış simalar, çilingərlər, qaynaqçılar, fəhlələr, sürücülər cəlb olunur. Deməli, xeyli yeni iş yerləri açılır. Yəni reklam məsələsi özü bir industriyadır.

Ancaq təəssüf ki, uzun illər bu sahədə çalışanları yalnız reklamdan gələn gəlir maraqlandırıb. Açıq hava reklamından daxil olan küllü miqdarda gəlir, vəsait isə büdcədən gizlədilib.

Bütün bunlara son qoymaq üçün 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ( ADRA ) yaradıldı. Və Aydın İbadov ADRA-nın İdarə Heyətinin sədri təyin olundu. Qısa müddətdə ADRA-nın 10 regional idarəsi fəaliyyətə başladı.

Onlardan biri də Lənkəran Regional Reklam İdarəsidir.

İdarənin tabeçiliyində Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara rayonları və Lənkəran şəhəri var.
Təsəvvür edirsiniz, bu boyda məkanda, yüz minlərin yaşadığı ərazidə, kifayət qədər sahibkarların, iş adamlarının, istirahət zonalarının olduğu rayonların reklam işini bu idarə həyata keçirir.

Onu da qeyd edək ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017 tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq rüsumun məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:
Bakı şəhəri üzrə-1, Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə – 0,8, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə – 0,7
digər şəhər (rayon), qəsəbə və kənd üzrə – 0,5
İcazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği 12-yə (on ikiyə ) bölünərək icazə istənilən ayların sayına vurulur.
Yəni Prezidentin Fərmanında hər şey riyazi dəqiqliklə yazılıb, sahibkarın reklam üçün dövlət büdcəsinə keçirəcəyi rüsum bəlli, hətta reklamın ölçülərinin kvadrat metrəsi də bəllidir.

Ancaq Lənkəran Regional Reklam İdarəsinin direktoru Ehtiram Həsənov 7-8 rayondakı bütün obyektləri “aylığa” qoyub. Kim vaxtlı-vaxtında Həsənovun pulunu çatdırırsa, həmin obyektin sahibinə cərimə yazılmır. Onu da qeyd edək ki. Həsənova bu işdə yaxından kömək edən şəxsin adı Elşad müəllimdir. O Elşad müəllim ki, bir vaxtlar vergilərdə yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Hesablama palatasının, Maliyyə nazirliyinin, Vergilər nazirliyinin ADRA-nın Lənkəran regional idarəsində aparacağı yoxlamalar Ehtiram Həsənovun və onun tabeçiliyində çalışanların həbsinə səbəb ola bilər. Bu isə, sahibkarların maneəsiz fəaliyyət göstərməsinə kömək edəcək.

Bir sözlə, Lənkəran Regional Reklam İdarəsi sahibkarlara, biznesmenlərə problem yaradır.

Hətta idarənin direktoru öz səlahiyyət həddini aşaraq sahibkarların maliyyə hesablarına həbs qoydurur, onların biznes fəaliyyətini iflic edir.

Görəsən, müvafiq dövlət qurumları, 7 rayonda obyektlərdən yığılan külli miqdarda dövlət rüsumunun kimlərin cibinə getməsi ilə niyə maraqlanmır ?

Bir sözlə, ADRA-nın Lənkəran Regional Reklam İdarəsində rüşvət və özbaşınalıq meydan sulayır.

Bəs, ADRA-nın sədri Aydın İbadov hara baxır ?

Mövzunu davam etdirəcəyik. //gundelik-baku.com//

Oxunub: 628

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Bütün xəbərlər