gundem / siyaset / sosial / bolge
30.07.2021, 17:52
Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək
Ölkə prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov şəhərin ərazi planlaşdırma layihələrini jurnalistlərə təqdim edib.
"dogruxeber.tv"-ın Report”a istinadən məlumatına görə, A.Kərimov bildirib ki, layihələr Şuşanın yaşayış üçün daha münasib edilməsinə hesablanıb.
“Ərazi planlaşdırmasında nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması nəzərdə tutulub. Şəhərin Baş Planı təsdiqləndikdən sonra müvafiq işlər aparılacaq", - deyə o qeyd edib.
“2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur”.
Qeyd olunub ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliklinika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq.



