Xanbabayev Səlimovu NECƏ YETİŞDİRDİ... - Məhsul ortadadır...

dogruxeber.tv: - Vəzifə borcunu yerinə yetirən polis əməkdaşına qarşı fiziki güc tətbiq edən sabiq deputat Eldəniz Səlimov həbs olunsa da, onun personası ətrafında başlayan müzakirələr səngimək bilmir. Mətbuat və sosial şəbəkələr hazırda deputatın gələcəyindən çox keçmişini araşdırmaqla məşğuldur. Son günlər siyasi fəallar ən çox bu suallar ətrafında gəzişmələr edirlər: Necə olub ki, Eldəniz Səlimov deputat seçilib? Siyasi təfəkkürdən kasad olan bu adamın qanunverici orqanda təmsil olunmasına kim şərait yardıb?

Yenisabah.az mövzunu araşdırarkən maraqlı məlumatlar əldə edib. Məlum olub ki, Eldəniz Səlimovun karyera qurmasında Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin müstəsna rolu olub. Xaçmazlıların “Şəmsəddin müəllimin adamı” kimi tanıdıqları Səlimov saxta diplomla gənc yaşlarından etibarən çoxlarının həsəd aparacağı karyeraya sahib olub. Vaxtilə icra başçısının inzibati ərazi dairə üzrə nümayəndəsi olan keçmiş deputat “al-ver” məsələsində xüsusi istedad sahibi olduğuna görə ulduzu tez “parlayıb”. Xaçmazda vəzifəyə keçmək istəyənlər əvvəlcə onun “bığının altından” keçdikləri üçün Səlimov rayonun rəhbər şəxslərinin formalaşmasında əsas söz sahiblərindən biri sayılıb. Məhz həmin adamların, o cümlədən DSK-ya və məntəqə seçki komissiyalarına yerləşdirdiyi adamların sayəsində iki dəfə rəqiblərinin səsini qutuda “boğmağı” bacarıb. Sonuncu parlament seçkiləri zamanı kütləvi saxtakarlıqların qeydə alındığı dairələrin sırasında 55 saylı Xaçmaz seçki dairəsinin adının hallanması da bunu sübut edir.

Məlumatlı şəxsin sözlərinə görə, rayonda əsas problemlərdən biri ikili idarəçiliyin hökm sürməsidir. Buna səbəb YAP-ın rayon təşkilatının sədri olan Şəmsəddin Xanbabayevin gənc icra başçısı Elnur Rzayevin işinə vaxtaşırı müdaxiə etməsidir. Rayonda baş tutan təyinatlarda keçmiş icra başçısının yenə əsas söz sahibi olduğu deyilir. Eldəniz Səlimovun 2020-ci il fevralın 9-da keçirilən seçkilərdə məhz Xanbabayevin təklifi ilə namizəd və deputat olduğu bildirilir. Şəmsəddin Xanbabayevin rəhbərlik etdiyi YAP-ın Xaçmaz rayon təşkilatı iki gün əvvəl Səlimovu rüsvayçı şəkildə partiya sıralarından uzaqlaşdırsa da, ötən il baş tutan parlament seçkilərində hakim partiyaya üzv olan iki şansı namizədi məhz bu adamın üzündən qapı arxasında qoymuşdu.

Digər maraqlı bir məqam isə məlum insident zamanı Şəmsəddin Xanbabayevin sürücüsünün və iş adamı olan tanışının da Eldəniz Səlimovu müşayiət etməsidir. Hətta insident zamanı onların sabiq deputata qahmar çıxdıqları da iddia olunur. Hadisənin şahidlərinin dediyinə görə, Eldəniz Səlimov polis əməkdaşını Şəmsəddin Xanbabayevin sürücüsünün və tanışı ilə olan iş adamının köməkliyi ilə döyüb. Hadisənin baş verdiyi birinci gün Səlimovun restorana onun maşınında getdiyini Xanbabayev özü də təsdiq etmişdi.

Məlumatlı şəxs onu da deyib ki, ətrafındakı dairənin daralması 82 yaşlı siyasətçi üçün heç də yaxşı perspektiv vəd etmir. Eldəniz Səlimov olayı ilə bağlı onun da istintaqa çağrılacağı gözlənilir. Başqa vacib bir məqam isə odur ki, son insident onu YAP rəhbərliyinin “gözündən saldı”. Səlimovun ardınca onun da partiyadan uzaqlaşdırılması gözlənilir. Xanbabayev sıravi üzv kimi qalmağı bacarsa belə onun bundan sonra YAP-ın Xaçmaz rayon təşkilatının sədri postunu qoruması inandırıcı görünmür. Bu isə o deməkdir ki, Xaçmzda Xanbabayev erası başa çatmaq üzrədir. Uzun illər əvvəl Xaçmaza “xan” kimi gələn Şəmsəddin müəllimin rayonu hansı statusda tərk edəcəyini zaman göstərəcək.

Həm də tezliklə…

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər