“Qafqazda sülhü təhdid edən qüvvə Rusiyadır” - FAKT BUDUR!

dogruxeber.tv: - Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Ermənistan- Azərbaycan sərhəddindəki vəziyyət barədə danışıb. O, bildirib ki, Rusiya iki dövlət sərhədində silahlı insidentlərin artmasından narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir.
Diplomat deyib ki, bütün məsələləri yalnız sülh yolu və siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır: “Rusiya bundan sonra da Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin normallaşması prosesinə, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə işlərin görülməsinə öz töhfəsini verməyə hazırdır. Bu, Cənubi Qafqazı sabitlik zonasına çevirməyə yardım edəcək”.

Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev “Sherg.az”a açıqlamasında Kremlin qeyri- səmimi olduğunu dedi:

“Həmişə belə olub- Moskva özünü “sülh göyərçini” kimi təqdim etsə, əslində təxribatların arxasında məhz Rusiyanın xüsusi xidmət orqanları dayanır. Hamı yaxşı bilir ki, İrəvan müstəqil deyil, yarımazad dövlətdir. Rusiya Qafqazda möhkəmlənmək üçün Ermənistandan yararlanır. Çünki Gürcüstana gücü çatmır, Moldova əlindən çıxıb. Şimal qonşumuz Qafqazda möhkəmlənmək üçün hətta ölkəsini dağıdacaq addımlar atır. Rusiya uzağı görmək istəmir”.

C.Nuriyev, həmçinin Azərbaycan nə etməli olduğu barədə danışdı:

“Biz müharibə bitəndən dərhal sonra yekun sülh müqaviləsini imzalamağa hazır olduğumuzu bildirmişdik. İndi sərhədlərin müəyyənləşməsi prosesi gedir. Ermənistan uzun illər tapdaq altında saxladığı torpaqların əlindən çıxacağına görə narahatdır. Ona görə də həmin əraziləri özündə saxlamaq istəyir. Kreml isə özünü “sülh göyərçini” kimi göstərsə də, əslində quzğuntək şığımağa hazırdır.

Bakı ilə Ankara arasında “Şuşa bəyannaməsinin” imzalanması Kremli narahat edir. Türkiyədə yanğınların davam etdiyi bir zamanda İran və Rusiyanın fəallaşması heç də təsadüfi deyil.

Tehran Mehri azad iqtisadi zonasının yaradılmasına çalışır, Moskva isə hər gün bir bəyanat verir. Lakin əslində Qafqazda sülhü təhdid edən ən böyük qüvvə məhz şimal qonşumuzdur.
Lakin Rusiya bilməlidir ki, Azərbaycan on il əvvəlki Azərbaycan deyil. Biz bəyanatlara fikir vermədən, uğurlu xarici siyasətimizi davam etdirməliyik. Rusiya onsuz da gec-tez dağılmağa məhkumdur”.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər