Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq  Memorandumu imzalanıb

dogruxeber.tv xəbər verir ki, Bakı Ali Neft Məktəbi (BANM) və “PAŞA Həyat Sığorta” ASC arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Memorandum imzalanıb. Tərəflər arasında əməkdaşlıq onların fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində olan məsələləri əhatə edir.

6 avqust 2021-ci il tarixində imzalanmış Memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, Ali Məktəbin tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır. Eyni zamanda, Ali Məktəbin tələbə kontingenti üçün Şirkət tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının, tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil olunması və şirkətin əməkdaşlarının Ali Məktəbdə qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.

Memorandumda Şirkət tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, Ali Məktəb tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində Ali Məktəb tələbələrinin Şirkətin təşkilatçılığı ilə Şirkətin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur. Bütün bunlar “PAŞA Həyat”ın işə götürən brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır.

Əməkdaşlıq sazişini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov imzalayıblar. Bu Memorandum müddətsiz olaraq bağlanılıb.

Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq  Memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq  Memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq  Memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq  Memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq  Memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq  Memorandumu imzalanıb

Oxunub: 626

Son xəbərlər

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

Bütün xəbərlər