gundem / sou
12.08.2021, 10:43
ATV-kanalında Manaf Ağayevdən açıqlama...
dogruxeber.tv: - ATV kanalında 10 avqust saat 19: 00 - da efirə gedən "7 canlı" verilişində maraqlı və xoşagəlməz açıqlama verildi.
Verilişin qonağlarından olan Manaf Ağayev, həmkarı Afət Fərman qızı haqqında hələ heç yerdə açıqlanmayan fikirlər açıqladı:
"Afət Fərmanqızına ən birinci və ən böyük dəstəyi mən vermişəm. 17 il öncə Soçiyə toya apardım və dediyim pulu da verdim. O toyda puldan başqa heçnə yox idi. Yəni bax ocürə məclis idi. Dedim o şabaşlar da sənindi, bu da al o dediyim pullar!
Gəldi maşının kreditini verdi"
Bir sənətçinin bir sənət yoldaşı üçün bunu edib, sonra da 10 milyonluq ölkəylə və dünyayla bir edib aləmə car çəkməsi bir kişi üçün nə dərəcədə doğrudur?
Müəllif: Xəyyam Qurbanlı



