Rusiya cəmi 36 saata üç keçmiş sovet respublikasını tuta bilər - HÜCUMUN QARŞISINI ALMAĞA TAKTİKİ NÜVƏ SİLAHI DA KÖMƏK ETMƏYƏCƏK...

DogruXebər.az : -ABŞ-ın “The National İnterest” jurnalının ekspertləri hesab edirlər ki, Rusiya qoşunları Baltik respublikalarına hücum edib onları zəbt etmək istəsə bunun üçün cəmi 36-60 saat lazım olacaq. Və NATO Rusiyanın hücumunun qarşısını almaq üçün taktiki nüvə silahı tətbiq etsə belə Moskvanın ildırımsürətli irəliləyişini əngəlləyə bilməyəcək.

Jurnalın ekspertləri qeyd edirlər ki, Rusiya qoşunları yayğın şəkildə və sürətli hücum həyata keçirə bilər. Belə olan halda NATO məhdud nüvə zərbələrini qoşunların cəmləşmə rayonlarına deyil, mülki əhaliyə endirməli olacaq.

Məqalədə müəlliflər ABŞ-ın “RAND Corporation” təşkilatının Pentaqonla birlikdə 2019-cu ildə apardıqları araşdırmanın nəticələrinə də istinad edirlər. Həmin araşdırmada belə nəticəyə gəlinmişdi ki, Rusiya Baltik ölkələrini NATO köməyə yetişənə qədər-cəmi 3 sutka ərzində zəbt edə bilər.

Ekspertlər hesab edirlər ki, NATO Litva ilə sərhəddə yerləşdirilmiş Rusiya hava hücumundan müdafiə qüvvələrinə qarşı taktiki nüvə zərbələrindən istifadə etsə Moskva daha sərt cavab verə və alyansın Avropadakı əsas bazalarına nüvə zərbələri endirə bilər. Bu baxımdan NATO Baltik ölkələrini qorumaq üçün ancaq adi silahlara ümid etməlidir.

“Beləliklə, problem ondadır ki, NATO-nun Rusiyanın hücumunu yavaşıtmaq və ya dayandırmaq üçün adi qoşun qüvvələri çatışmayacaq. Alyansın taktiki nüvə arsenalı adi qoşun qüvvələrinin çatışmamasını kompensasiya etmir”,-məqalədə deyilir.

Məqalədə deyilir ki, NATO-nun infrastrukruru əlçatandır və Rusiyanın hətta məhdud sayda nüvə zərbələri alyansın hərbi potensialını böyük ölçüdə sıradan çıxara bilər.

Hərçənd aydın deyil ki, nəyə görə “The National İnterest” dərgisinin müəllifləri “RAND Corporation” tərəfindən iki il əvvəl aparılmış analizin nəticələrini indi gündəmə gətirirlər. Rusiyanın Baltik ölkələrini işğal etmək təhlükəsi vaxtaşırı olaraq Qərb dairələrində müzakirə olunur, Rusiyada isə bunu “fantaziya” adlandırırlar. Lakin bu faktdır ki, Rusiya son illər Baltik regionu ətrafında qüvvələrini durmadan artırır.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər