“Prezident çağırış etdi ki, daha bəsdir, Cənubi Qafqaza sülh lazımdır” - ŞƏRH

dogruxeber.tv: - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün “CNN Türk” televiziya kanalına verdiyi müsahibə bir sıra maraqlı məqamlarla diqqəti çəkib.
İlham Əliyev jurnalistin suallarına cavabında bildirib ki, Ermənistanda məğlub edilmiş komandanın seçkilərdə qalib gəlməsi xalqın məğlubiyyətlə barışması demək idi.

Lakin Prezidentin sözlərinə görə, Rusiyanın Ermənistanı yenidən silahlandırması, həmçinin, Ermənistanın yeni müdafiə nazirinin məsuliyyətsiz açıqlamaları bölgədə sülh və sabitlik üçün təhdidlər yaradır: “Yəni görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsi yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.

İlham Əliyev bölgənin yenidən silahlandırılması ilə bağlı narahatlıqlarını dilə gətirib: “Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar”.

Prezidentin müsahibəsini Bizimyol.info-ya şərh edən politoloq Tofiq Abbasov bildirib ki, İlham Əliyev CNN-ə verdiyi son müsahibəsində yetərincə ciddi məqamlara toxunub və konkret mesajlar verib.

“İlham Əliyev dünya ictimaiyyətinin də diqqətinə çatdırdı ki, Azərbaycan yeni müharibədə maraqlı deyil, amma hər bir təhdidə qarşı hazırdır. Prezident çağırış etdi ki, daha bəsdir, Cənubi Qafqaza sülh lazımdır. Həmin müsahibədə dövlət başçısı tərəfindən vurğulandı ki, Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli münasibətlər qurulması regiona sülh və sabitlik gətirə bilər. Lakin bu istiqamətdə digər tərəflər də maraqlı olmalıdır. Daha doğrusu, səmimi istək göstərməlidirlər”, - deyə politoloq bildirib.

Politoloq vurğulayıb ki, İlham Əliyev “artıq müharibə bitdi, buna ehtiyac yoxdur” deyərkən regionun həyatında yeni mərhələnin başlanmasının vacibliyini nəzərdə tutur.

“Azərbaycan Prezidenti çox yaxşı başa düşür ki, Cənubi Qafqaz ölkələrinin daim silahlanması, müharibəyə hazırlaşması region üçün heç də yaxşı gələcək vəd etmir. Biz də istərdik ki, neft gəlirlərini əsasən ölkəmizin gələcəyi üçün vacib sahələrə, iqtisadiyyatın və infrastrukturun inkişafına yönəldək. Əlbəttə, bu sahələrə də diqqət ayrılır. Lakin regionda daim gərginliyin, müharibə vəziyyətinin olması Azərbaycanı da məcbur edir ki, öz müdafiəsinə böyük vəsaitlər xərcləsin. Rusiyanın Ermənistanı silahlandırması o zaman normal qəbul edilə bilər ki, burda müdafiə xarakterli silahlardan söz getsin. Lakin Ermənistan davamlı olaraq hücum xarakterli silah və texnika almaqdadır. Əgər Ermənistan yenidən müharibəyə hazırlaşırsa, o zaman dialoqdan danışmaq da yersizdir”.

Onun sözlərinə görə, bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın “biz dialoqa hazırıq” deməsi sadəcə, gözdən pərdə asmağa xidmət edir: “Bu açıqlama daha çox Qərbə göstərmək üçün idi ki, biz Azərbaycana heç nə etmirik, onlar isə bizə təzyiq edirlər. Paralel olaraq, Ermənistanın sərhəd bölgələrində gərginlik yaratması, eyni zamanda Laçın dəhlizi vasitəsilə Qarabağa əlavə qüvvələr yeritməsi rəsmi İrəvanın səmimi niyyətindən xəbər vermir”.

T.Abbasov əlavə edib ki, Prezident öz müsahibəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın lazımlı səviyyədə işləmədiyini, Rusiyada bəzi siyasi dairələrin də bölgədəki sülhə mane olduğunu diqqətə çatdırıb.

“Bu müsahibə əvvəlkilərindən fərqli olaraq, daha açıq və daha konkret nüanslarla yadda qaldı. Artıq nəyisə gizlətməyə, kiminsə xətrinə dəyməmək üçün üstüörtülü danışmağa ehtiyac yoxdur. Rusiya sülhməramlıları Laçın dəhlizindən Ermənistan qoşunlarının Azərbaycan ərazisinə keçməsinə göz yumur və buna son verilməlidir. Əgər Rusiya da bölgədə yenidən müharibənin qızışmasını istəmirsə, mənfi hallar aradan qaldırılmalı, sülhməramlılar öz fəaliyyətinə korrektələr etməlidir”, - deyə politoloq əlavə edib.

Son xəbərlər

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bütün xəbərlər