gundem / siyaset / iqtisadiyyat
19.08.2021, 09:23
Neft gecə daha da ucuzlaşıb
DogruXebər.az : - Neft qiymətləri, dünyada yeni növ koronavirusun Delta variantına yoluxanların sürətlə artmasının tələbə mənfi təsir edəcəyinə dair narahatlıqlar ilə əlaqədar olaraq düşür.
Dia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:09-da Brent nefti 2,3% ucuzlaşma ilə 67,47 dollardan, ABŞ xam nefti isə 3,5% ucuzlaşma ilə 64,28 dollardan ticarət olunub.
Brent nefti avqust ayında təxminən 11%, İyulun əvvəlindən bu yana isə təxminən 13% ucuzlaşıb. Brent neftin qiyməti iyulun əvvəlində 78 dollara yaxınlaşmışdı. //marja.az//


