Kəskin ucuzlaşma olarsa, qiymət necə dəyişəcək? - Büdcə üçün neft gözləntisi

DogruXebər.az : - Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda 400 min barrel artırılması barədə əldə edilmiş razılığa Azərbaycan da öz dəstəyini ifadə edib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha 7 min barel artırılaraq 640 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olur.

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının isə 2021-ci ilin 4 oktyabr tarixində keçirilməsi qərara alınıb. Hasilatın artması qiymətlərə necə təsir edə bilər və ölkəmizdə gələn il üçün büdcədə neftin qiyməti ilə bağlı hansı proqnozlarlar var?

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında neftin qiymətlərində müəyyən ucuzlaşmanın baş verəcəyini bildirib:

“İndiyədək müşahidə edirdik ki, qiymətlər artmağa daha çox meyillidir. Ancaq dəqiqdir ki, bunun qarşısı alınacaq. Bundan artıq qiymətlərin artmağa meyilli olacağı gözlənilmir. Ancaq ucuzlaşmanın necə baş verəcəyi, nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Onu da nəzərə almaq lazımdır ki, OPEC qiymətlərin tənzimlənməsində, bazarda qiymətlərin formalaşmasında mühüm rol oynayır və bu, çox müsbət amildir.

Əvvəllər ABŞ bazara daha çox spekulyativ təsirlər göstərə bilirdisə, OPEC ölkələrinin bir yerə toplaşması, OPEC+ ölkələrinin yekdil qərarları nəticəsində artıq xeyli müddətdir ki, bunun qarşısı alınıb. Görünən odur ki, OPEC və OPEC+ ölkələri neftin dünya bazar qiymətlərinin 60 dollar ətrafında olmasında daha çox maraqlıdırlar. Qiymətin həddindən artıq düşməsi, hətta ən çox hasilat gücünə malik ölkələr, məsələn, Səudiyyə Ərəbistanı üçün də sərfəli deyil. Ona görə də hasilatın artırılması haqqında qərarın bazara çox güclü təsir edəcəyini, kəskin ucuzlaşmanın baş verəcəyini gözləməyə dəyməz”.

Azərbaycana gəldikdə isə ekspert deyib ki, ölkəmiz bu il büdcədə neftin bir barelinin qiymətini 40 dollardan götürüb: “Bu, çox ağıllı bir qərardır. Növbəti il üçün də neftin qiymətini 40 və yaxud 45 dollar götürmək daha məqsədəuyğun olar”.

Oxunub: 401

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər