Heydərovun "Gilan"ı TƏNƏZZÜLDƏ... - TƏFƏRRÜAT

dogruxeber.tv: - Təxminən iki həftə əvvəl mətbuatda uzun illər hazırkı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun şirkəti kimi tanınan “Gilan Holdinq” MMC-yə daxil olan “Gilan Dəri” Məhdud Məsuliyyətli Cəmiyyətinin holdinqdən ayrılaraq, “A.C.E Dəri” MMC kimi fəaliyyət göstərdiyinə dair məlumat yayılmışdı.

“AzPolitika.info” xəbər verir ki, “Gilan Holdinq”i daha üç iri şirkətin tərk etdiyi məlum olub. Belə ki, üç şirkət eyni gündə “Gilan” brendindən imtina edib. Bununla da 2021-ci il ərzində ümumilikdə beş şirkət “Gilan Holdinq”-dən ayrılaraq, rebrendinq etmiş olub.

Bununla bağlı Banker.az-ın əldə etdiyi məlumata görə, hər üç şirkətin yeni adında “ABA” sözü var. Belə ki, “Gilan Cotton and Grain” MMC bundan sonra “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC adı ilə bazarda çıxış edəcək.

Məlumat üçün qeyd edək ki, “Gilan Vineyards” MMC “Agro-Azərinvest” şirkətinin törəməsidir. “Agro-Azərinvest” 2004-ci ildə Qəbələ rayonunda təsis edilib. Şirkət Qəbələ, Lənkəran, Göygöl, Samux, Tovuz və Yevlax rayonları ərazisində fransız və gürcü sortlarından olan şərab üzümləri yetişdirməklə şərab istehsal edir.

Maraqlıdır ki, “Gilan”-dan ayrılan hər üç şirkət 2015-ci ilin iyul-avqust aylarında “Gilan Holdinq” MMC ilə eyni ünvanda yaradılmışdı - Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466.

O da məlum olub ki, hər üç şirkətə Qafarova Günel Vilayət qızı rəhbərlik edəcək. Qeyd edək ki, əvvəl bu şirkətlərin hər birinə ayr-ayrı adamlar rəhbərlik edirdi. Adla bərabər şirkətlərin hüquqi ünvanları da dəyişib - Bakı şəhəri Xətai rayonu, Babək pr., ev 8, məhəllə 1130/1133, m. 70.

Törəmə şirkətləri bir-bir “Gilan” brendindən imtina etməsi və başqa adamların adlarına keçirilməsi “Gilan Holdinq”-in bu gedişlə holdinq statusundan çıxa biləcəyini düşünməyə əsas verir.

Onu da qeyd edək ki, “Gilan Holdinq” onun adından imtina edən şirkətlərin satılmasıyla bağlı hər hansısa investorla alqı-satqı müqaviləsinin olub-olmamasına dair sorğulara cavab vermir. Lakin həm hüquqi ünvanın dəyişdirilməsi, həm də “Gilan” brendindən imtina edilməsi onu güman etməyə əsas verir ki, artıq bu müəssisələrin “Gilan Holdinq”-ə aidiyyatı olmayacaq.// “AzPolitika.info”

Oxunub: 523

Son xəbərlər

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Bütün xəbərlər