Nazirin ailə biznesi bacanağının adına keçirilib... - Kəmaləddin Heydərov “Gilan”ı boşaldıb







dogruxeber.tv-ın məlumatına görə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov geniş şaxəli ailə biznesini bacanağı Hikmət İsmayovun adına keçirib.

Bu barədə PİA.az-a məlumat verən mənbə bildirib ki, bu prosses 3 ildir ki, davam edir və artıq yekunlaşmaqdadır.

Əldə etdiyimiz məlumata görə, Heydərovlar ailə biznesinin təməlini təşkil edən “Gilan Holdinq”ə aid olan əsas şirkətlər və istehsal sahələri bu holdinqdən çıxarılaraq Hikmət İsmayılovun adına keçirilib. Hazırda “Gilan Holdinq”də elə də ciddi biznes qurumunun qalmadığını iddia edən mənbə qeyd edib ki, “AFB Bank” ASC ilə “Gilan Vegetables” MMC arasında 70 milyonluq məhkəmə çəkişməsi də bunula bağlıdır.

Mənbənin iddiasına görə, əslində bu məhkəmə prossesi gözdən pərdə asmaq üçündür. Əsas məqsəd Hikmət İsmayılovun Kəmaləddin Heydərova bağlı olmadığını dolayısı ilə ictimaiyyətə çatdırmaqdır. Hikmət İsmayılovun Ramiz Mehdiyevin həyat yoldaşına qarşı məhkəmə iddiası ilə çıxış etməsi də eyni məqsədin güdüldüyüi bildirilir.

Eyni zamanda Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovların adına olan biznes qurumlarının da Hikmət Hacıyevin adına keçirildiyi qeyd olunur.

Xatırladaq ki, martın əvvəlində ölkə mətbuatında yayılan məlumata əsasən Hikmət İsmayılov “Food and Snack Group” adlı şirkət yaradıb. Bu son 2 il ərzində Hikmət İsmayılovun iştirakı ilə yaradılan 3-cü şirkətdir. Bundan əvvəl bank-sığorta maqnatının iştirakı ilə “NH İnvestment” və “Professional Real Estate Services” MMC-lər yaradılıb. “Gilan Holdinq”dən və Heydərovlar ailəsinin digər biznes qurumlarının məhz bu şirkətlərdə birləşdirildiyi vurğulanır.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 1995-ci ildən bəri ölkənin əsas məmur-oliqarxlarından biri hesab olunur. Heydərovun həmçinin 20 ildən artıq ölkənin gömrük sisteminə tam nəzarət etməsi də heç kimə sirr deyil. Ümumlikdə “fövqəlnazir”in ölkə daxilində və xaricindəki mal varlığının 10 milyardları əhatə etdiyi güman edilir. Bəzi araşdırmaçıların fikrincə isə uzun illər boyu ölkədəki monopoliyanın və korrupsiyanın əsas mənbəyi olan gömrük sisteminə nəzarət edən Heydərovlar ailəsinin ölkədəki və xaricdəki mal varlığı bilindiyindən qat-qat çoxdur.

Qeyd edək ki, son illər Kəmaləddin Heydərovun artıq hökümət daxilində nüfuzunu itirdiyi və yaxın zamanlarda vəzifədən alınması ilə bağlı cəmiyyətdə müxtəlif səpkili məlumatlar dolaşmaqdadır.

Qarşı ətərfin mövqeyini dərc etməyə hazırıq...

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər