gundem / siyaset / hadise
7.09.2021, 13:47
Birinci dozanı vurdurmayanlar ikinci, üçüncü dozaları vurdursalar, nə baş verər... – Həkimdən açıqlama
DogruXebər.az : - Peyvənd, covid pasportu tələbi ortaya çıxan gündən bəri işbazlar “iş” başına keçib. Hərəsi özünə uyğun bir rəqəm təyin edir, saxta covid pasportu verir. Bu halların qarşısını almaq üçün daim yoxlamalar aparılır, hətta aşkar olunan şəxslərin kariyerasına bir dəfəlik son qoyulur.
Birinci və ya ikinci doza sənədini saxta yollarla alan bəzi şəxslər indi 3-cü, 4-cü dozaların gəldiyini görür, düşünürlər ki, hər dəfə bu qədər pul verməklə buna pul çatdırmaq olmaz və vaksin olunmaq qərarına gəlirlər. Lakin bu zaman da qorxuya düşürlər ki, əvvəlki dozaları vurdurmamış digər dozaları qəbul etsələr, ciddi fəsadlarla üzləşə bilərlər.
İnfeksionist Mərdan Əliyev məsələ ilə Bizimyol.info-ya açıqlama verən zaman bildirib ki, bundan qorxmağa gərək yoxdur.
“Bütün dozaların tərkibi eynidir. Birincini və ya ikincini vurdurmayanlar üçüncü, dördüncü dozaları vurdura bilərlər. Bu, onların elə birinci dozası hesab olunacaq. Lakin bir məsələ var ki, birincini saxta yollarla sənəd almış şəxslər ikinci dozanı vurdursa, belə heç bir effektivliyi olmayacaq. Çünki effektiv olması üçün 1 ay sonra yenidən vaksin olunmalıdır”.


