gundem / siyaset / hadise
7.09.2021, 10:55
Yeniyetmələrin vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində aparılacaq - Nazirlik
DogruXer.az : - Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.


