Ramiz Mehdiyev və Əli Həsənov hakim qarşısına çıxarılır - İLGİNC GƏLİŞMƏ

dogruxeber.tv: - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev və Prezidentin keçmiş köməkçisi Əli Həsənov istintaqa cəlb edilə bilər.

24saat.org xəbər verir ki, söhbət Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə istintaqından gedir. İddialara görə, bu günlərdə Vüqar Səfərlinin ibtidai istintaqa ifadəsinin yayılması təsadüfi deyil. Həmin ifadədə Ramiz Mehdiyevlə Əli Həsənovun da adıhallanır. Vüqar Səfərli ifadəsində icra etdiyi əməlləri Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə. Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib. Bildirilir ki, bu halda Əli Həsənovla Ramiz Mehdiyev məhkəməyə çağırılmalıdır və güman ki, belə də olacaq.

Çünki Vüqar Səfərlinin cinayət işində 25 milyona yaxın vəsaitin mənimsənilməsindən söhbət gedir. Büdcə vəsaiti olan bu pullar müxtəlif vasitələrlə qaranlıq məqsədlərə xərclənib. Məlumatlara görə, növbəti məhkəmə proseslərinin birində Ramiz Mehdiyev və Əli Həsənovun da ifadə verməsi gözlənilir.

Məlumat üçün deyək ki, Vüqar Səfərlinin ibtidai istintaqa verdiyi ifadənin ictimailəşdirilməsindən bu yana nə Ramiz Mehdiyev, nə də Əli Həsənov deyilənləri təkzib edib. Hələ Vüqar Səfərlinin həbsinin ilk günlərində onun istintaqda Əli Həsənovun adını çəkdiyini və bundan sonra Prezidentin keçmiş köməkçisinin də istintaqa cəlb olunması barədə məlumat yayılmışdı.

Ramiz Mehdiyev və Əli Həsənov iddiaları təkzib etməyib!
Lakin Əli Həsənov həmin məlumatı təkzib etmişdi. Ramiz Mehdiyevə gəlincə, onun adı hələ ki, ilk dəfə çəkilir. Özü də birbaşa deyil, Əli Həsənova istinadən. Ona görə də ilk olaraq cənab Həsənovun məhkəmədə dindiriləcəyi ehtimal olunur.

Xatırladaq ki, Vüqar Səfərli və digərlərinə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla ), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib.

“Maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib”

Həmçinin bildirilib ki, ibtidai istintaq zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib: “Habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub”.// “24 saat”

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər