"Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" - AÇIQLAMA





“Uzun illərdir ki, biz Əli Həsənovun da rəhbərlik etdiyi cinayətkar dəstənin büdcəni taladığını, dövlətin siyasətinə zərər verdiyini, iqtidar-müxalifət münasibətlərini korladığını, ölkədə həmrəyliyin yaranmasına illərdir ki, maneə olduğunu söyləyirik”.

Bu fikiləri ləğv olunmuş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsi ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib.

Partiya sədri qeyd edib ki, hər zaman ünvan kimi Ramiz Mehdiyevi, Əli Həsənovu və onların əlaltılarının olduğunu göstərmişik: “Sevindirici haldır ki, bu insanlar bir-bir ifşa olunur, vəzifədən uzaqlaşdırılır və həbs olunur. Əslində artıq tarixə qovuşn KİVDF-nin rəhbəri kimi Vüqar Səfərlinin həbsi gözlənilirdi.Çünki müxtəlif media qurumlarının rəhbərliyi və işçiləri buradakı ədalətsizlik, yeyintilər və özbaşınalıq haqqında onlarla, yüzlərlə yazılar dərc etmiş, çıxışlarla gündəmə gəlmişdilər.

Başda olan, rüşvət alan və şikayəti də qəbul edən özləri olduğu üçün bu günə kimi onların toxunulmazlığı təmin olunmuşdu. Təbii ki, hər kəsə bəllidir ki, Vüqar Səfərli bu qədər maliyyəni özü təkbaşına yeyə bilməzdi, onun siyasi himayədarı var idi. O himayədarın da Əli Həsənov olması heç kimə sir deyildi. Əli Həsənovun da siyasi himayədarı da Ramiz Mehdiyev idi”.

Tural Abbaslı vurğulayıb ki, bu iş ədalətli aparılmalıdır: “Heç kimin gözünün yaşına baxılmamalıdır. Vüqar Səfərlidən sonra Əli Həsənov həbs edilməlidir. Əlbəttə, Əli Həsənovdan sonra da Ramiz Mehdiyev həbs olunmalıdır. Bu günə kimi onların dövlətə vurduğu zərərlər qarşılanmalıdır. Əmlakları müsadirə olunub dövlət büdcəsinə geri qaytarılmalıdır. Mediaya dəstək fondu mətbuata kömək olmalıdır, kimlərinsə şəxsi büdcəsinə yox. Əli Həsənovun ailəsinə məxsus media qurumları vardı. Məlum olurdu ki, Azərbaycan mediası bütövlükdə Əli Həsənova və ailəsinə aiddir. Mən Vüqar Səfərlinin həbsini müsbət qiymətləndirirəm. Növbəti həbslərin olmasını da gözləyirəm. Başda da Əli Həsənov və Ramiz Mehdiyev olmaqla. Belə bir cinayətkar dəstələr hər bir sahədə var. Bütün bunlar araşdırılmalı və xərçəng xəstəliyi kimi yayılmaqda olan bu cinayətkar dəstələr ifşa olunmalıdır.

Biz də müxalifət olaraq belə addımları dəstəkləyəcəyik və iqtidarın bu cür cinayətkarlarla mübarizədə yanında olacağıq. Təki Azərbaycanımızın canı bu mikroblardan qurtarsın”.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər