“Azərbaycanın səbr kasasını daşırmaq lazım deyil” - Partiya sədri

dogruxeber.tv : - “Hərbi təlimlər keçirmək hər bir dövlətin öz işidir, hüququdur. Buna normal münasibət bəsləmək lazımdır. Əsas olan odur ki, dövlət sərhəddimizi keçməsinlər və bizə qarşı mübarizə aparmaq haqqında düşünməsinlər. Yoxsa biri deyir ki, Azərbaycana güc nümayişi etdirirlər, digəri başqa bir söz söyləyir...”.

Bunu Reyting.az-a İranın Azərbaycanla dövlət sərhəddinə yaxın ərazilərdə hərbi təlimlər keçirməsindən danışan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Partiya sədri İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə əsas səbəb kimi Tehranda hakimiyyətə yeni simaların gəlişini göstərir.

İranın həm Azərbaycan, həm də Ermənistanla əlaqələrə malik olduğuna diqqət çəkən A. Əlizadənin fikrincə, cənub qonşumuzun maraqları Azərbaycanla normal münasibətlər saxlamağı və əməkdaşlığı tələb edir: “Görəsən İranın yeni rəhbərləri bunu dərk edirmi? Hesab edirəm ki, İran tərəfi bu məqamı bir daha götür-qoy etməlidir. Regionda güclü tərəf biz, məğlub tərəf Ermənistandır. Buyurub güclünün, yoxsa məğlubun tərəfində olmağı düşünsünlər”.

A. Əlizadəyə görə, İran-Azərbaycan münasibətlərinin gərgin olmasının tarixi 30 il əvvələ gedir. Onun sözlərinə görə, o zaman Azərbaycanda hakimiyyətdə olanlar İrana kifayət qədər çamurlar atıb: “Görünən odur İran tərəfi bunu bağışlaya bilmir. İndiki Azərbaycan hakimiyyəti İranla düzgün siyasət aparır, əməkdaşlıq və mehriban qonşuluq siyasətini irəli sürür. Amma görünür, İranın bəzi siyasətçiləri əvvəl olanları unuda bilmirlər və dəvə kimi kinlidirlər”.

İranın son addımlarının Azərbaycanda ciddi etirazla qarşılanması, bir sıra tanınmış şəxslərin bu səbəbdən İranı tənqid etməsinə A. Əlizadə normal yanaşır və düşünür ki, demokratiya olduğu üçün insanlar fikirlərini bildirməkdə azaddır: “Buna da normal yanaşmaq lazımdır. Əsas odur ki, iki qonşu ölkə arasında gərginliyi aradan qaldırmaq lazımdır. Bunun üçün də İranda hakimiyyətdə olanlar anlamalıdırlar ki, Azərbaycan səbr nümayiş etdirir və səbr kasasını daşırmaq İrana lazım deyil”.

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər