Əhəd Abıyev BUNU DA BACARDI: Şəhid Ailəsi ilə ÜZ-ÜZƏ... - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ...

DogruXeber.az Vətən müharibəsinin şəhidi Orxan Şıxıyevin anası Sevda Şıxıyeva ilə Daşkəsən rayon icra başçısı Əhəd Abıyevi arasında aylardır davam edən gərginlik pik həddə çatıb. Rayonun Dəstəfur kənd sakini olan S. Şıxıyeva artıq icra başçısı Ə. Abıyevi barəsində əsassız ittihamlar səsləndirdiyi üçün məhkəməyə verib. Bu haqda Reportyor.info-ya məlumat verilib. Məlumatda deyilir ki, şərəf və ləyaqətinin alçaldıldığını iddia edən şəhid anasının müraciətinə Ə. Abıyevin qeydiyyatda olduğu Bakının Nərimanov rayonu üzrə yerli məhkəmədə baxılacaq.
Əhəd Abıyev BUNU DA BACARDI: Şəhid Ailəsi ilə ÜZ-ÜZƏ... - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ...

Bildirilir ki, buna səbəb icra başçısının rayonda şəhid anaları ilə görüşdə S. Şıxıyevanı gözdən salan ifadələr işlətməsi olub. İcra başçısı şəhid anasını müxalifətə və keçmiş nazir Əli İnsanovun partiyası ilə əlaqələrinin olmasında ittiham edib. Həmçinin, tədbirdə şəhid analarını ona qarşı qoyaraq əleyhinə çıxışlar etdirib. İcra başçısı uzun çıxışında S.Şıxıyevanın dövlətə və iqtidara qarşı olduğunu, şəhid adından istifadə etdiyini deyib. Eyni zamanda, icra başçısı kabinetində Şıxıyevanı döyməsi haqda yayılan məlumatları, şəhid anasının öz dilindən onu döydüyünə dair dediklərini cəfəngiyat adlandırıb. İcra başçısı şəhid anasına müxalifətçi damğası vurub, onu Ə. İnsanovun adamı adlandırıb.

Bütün bu açıqlamaların video kadrları yayılıb və onu da təqdim edəcəyik. Şəhid anası da öz növbəsində bu çıxışdan irəli gələrək Ə. Abıyevi məhkəməyə verib və işə Nərimanov rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, bir müddət əvvəl şəhid anası icra başçısının onu döydüyünü bildirmiş, habelə icra nümayəndəsi Lalə Cəfərovanı ittiham etmişdi. Daşkəsən İH isə yaydığı rəsmi açıqlamada bunun yalan olduğunu demişdi. İndisə başçının çıxışında şərəf və ləyaqətinin alçaldığını deyən, üstünə İnsanovçu damğası vurulan Şıxıyeva Abıyevi məhkəməyə verib ki, dediklərini sübuta yetirsin.

Oxunub: 719

Son xəbərlər

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Bütün xəbərlər