AMEA-dakı şübhəli tenderin İZİ İLƏ... - "Qalib" uzaqda deyilmiş...

dogruxeber.tv: - Bir neçə gün öncə Qlobal.az saytında AMEA İşlər İdarəsinin sifarişçi olduğu şübhəli satınalma barədə xəbər yayımlamışdıq.

Xəbərdə İşlər İdarəsinin 2021-ci ilin sentyabr ayının 20-də "Abşeron rayonunun Saray qəsəbəsində inşa edilən "Alimlər şəhərciyi” (Science City) yaşayış kompleksində çoxmərtəbəli çoxmənzilli yaşayış binaları üçün su və kanalizasiya xətlərinin çəkilməsinin satınalınması" lotu üzrə yekun vurduğu tender Dövlət Satınalmaları Haqqında Qanunun tələblərinə cavab vermədiyi qeyd edilirdi.

Tenderin qalibi elan edilən "Ruslan Təmir-tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlətə 32.826 manat vergi borcu olduğu bildirilirdi.

AMEA-dakı şübhəli tenderin İZİ İLƏ... - "Qalib" uzaqda deyilmiş...


Dövlətə külli miqdarda vergi borcu olan bir təşkilatın hansı meyarlara əsasən AMEA-nın yarım milyon manata yaxın məbləğdə sifarişçi olduğu satınalmada qalib elan edilməsi suallar doğursa da, İşlər İdarəsi məsələyə heç bir aydınlıq gətirmədi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "Ruslan Təmir-tikinti” MMC-nin qanuni təmsilçisi Murad Həsənovun AMEA rəhbərliyinə yad adam olmadığı iddia edilir.

Belə ki, Murad Həsənovun elm adamı- professor olduğu deyilir. Murad Həsənovun elm cameəsində, ictimaiyyətdə tanınmamasına baxmayaraq, onun AMEA rəhbərliyi ilə sıx münasibətlərinin olduğu bildirilir.

AMEA-dakı şübhəli tenderin İZİ İLƏ... - "Qalib" uzaqda deyilmiş...


İddialara görə "Ruslan Təmir-tikinti” MMC-nin AMEA-nın İşlər İdarəsinin sifarişçi olduğu tenderdə qalib olmasına da səbəb məhz xüsusi münasibətlərin olmasıdır.

Onu da qeyd edək ki, "Alimlər Şəhərciyi"ndə su və kanalizasiya xətlərinin çəkilişini aparacaq "Ruslan Təmir-tikinti” MMC-nin maddi-texniki bazası, mühəndis və işçi heyəti və fəaliyyət profili barədə heç bir mılumat verilmir.//Qlobal.Az

Son xəbərlər

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bütün xəbərlər