gundem / siyaset / hadise
4.10.2021, 21:26
“Facebook”, “WhatsApp” və “Instagram”ın işində problem yaranıb - RƏSMİ
dogruxeber.tv : -“Facebook”, “WhatsApp”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmaqda problem yaranıb.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-ya verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyır.
Problemlə bağlı şikayətlər daha çox ABŞ, Avropa və Asiya ölkələrindən daxil olub. Azərbaycanda da eyni problemlər müşahidə edilir.



