Əliyev-Paşinyan görüşünü kim təşkil edəcək? - AKTUAL

dogruxeber.tv: - Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə ATƏT-in Minsk Qrupu çərçivəsində görüşü baş tuta bilər. İspaniyanın EFE xəbər agentliyinə müsahibəsində İ.Əliyev Paşinyanla “o nə vaxt hazır olsa” görüşə biləcəyini bildirib.

“Mən görüşməyə hazıram və artıq mövqeyimi bildirmişəm. Əgər Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bu ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə üçtərəfli formatda bir görüşümüz oldu. Cənab Paşinyan nə vaxt hazır olsa, onunla danışıqlar aparmağa hazıram. Beləliklə, mən müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və bu səhifənin çevrildiyinin yaxşı bir göstəricisi ola bilər” – deyə İlham Əliyev müsahibəsində bildirib. Azərbaycan Prezidenti həm də deyib ki, əgər Ermənistan Qarabağdakı mina sahələrinin dəqiq xəritələrini təqdim edərsə, Bakı da buna adekvat cavab verəcək.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da cümə günü ölkənin İctimai Televiziyasına müsahibəsində liderlərin görüşə biləcəyini istisna etməyib. “Daha əvvəl bildirmişdik ki, görüşməyə və problemləri ən yüksək səviyyədə müzakirə etməyə hazırıq. Azərbaycan həqiqətən də hazır olduğunu ifadə edərsə, ümid edirik ki, ATƏT -in Minsk Qrupu çərçivəsində müzakirələr başlayacaq və görüş yaxın gələcəkdə baş tutacaq”. Qriqoryan həm də deyib ki, Bakı hazırdırsa, Rusiyanın vasitəçiliyi ilə Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazırdır.

Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev xarici mətbuata müsahibəsində Minsk Qrupunun prosesə ancaq Azərbaycan və Ermənistan arasında problemlərin həllində vasitəçi olaraq qayıdacağını bildirib. Dövlət başçısı ölkələr arasında sülh müqaviləsinin, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələrin aparılmasını mümkün sayır, amma Qarabağ mövsunda həmsədrlərlə heç bir əməkdaşlıq olamayacağını bəyan edib. “Qarabağ münaqişəsi bitib, bizim tərəfimizdən həll edilib, o artıq tarixdir və Azərbaycanda belə bir inzibati ərazi yoxdur”, – deyə Əliyev vurğulayıb

Maraqlıdır, Azərbaycan və Ermənistan liderlərinin görüşü yaxın zamanlarda baş tuta blərmi və bu zaman masada hansı məsələlər olacaq?

Siyasi təhlilçi Rauf Mirəqdirov Pressklub.az-a bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşünü mümkün sayır. Ekspert xatırladır ki, onların arasında sonuncu görüş ilin əvvəlində, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada olub. “Hazırda yüksək səviyyədə təmasların baş tutması üçün hər hansı maneə yoxdur. Əvvəllər əsas maneə o idi ki, Paşinyan seçkilərə hazırlaşırdı, bu dövrdə onun hər hansı ciddi addım atması qeyri-mümkün idi. İndi isə belə bir əngəl yoxdur, İlham Əliyev-Nikol Paşinyan görüşü istənilən vaxt keçirilə bilər”, – deyə təhlilçi vurğulayıb.

R. Mirqədirov xatırladır ki, Prezident İlham Əliyev bu görüşdə müzakirə edəcəyi məsələləri kifayət qədər aydın şəkildə ifadə edib: “Bura ilk növbədə Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası daxildir. Hər iki mövzu müzakirə edilə bilər, ən əsası, sülh danışıqlarına başlanması üçün qərar verilə bilər. Məsələn, praktik olaraq sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı qərarlar mümkündür. Amma hər iki məsələ ilə bağlı pozitiv qərarların verilməsi o demək deyil ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçiriləcək. Hər iki məsələ çox ciddi uzunmüddətli proses tələb edir”.

Ekspert hesab edir ki, sülh sazişi üzərində uzun müddət iş gedəcək, çünki tərəflərin bu məsələdə mövqelərinin üst-üstə düşməsi mümkün deyil: “Müzakirə ediləsi məsələlər həddindən artıq çoxdur. Düşünürəm ki, sülh müqaviləsində tərəflərin bir-birinin ərazi bütövlüyünün tanınması məsələsində elə də ciddi problem olmayacaq. Ancaq Ermənistan Qarabağ ernmənilərinin statusu ilə bağlı gələcəkdə müzakirələrin aparılması üçün bir müddəanın əlavə edilməsinə çalışacaq. Bu da Azərbaycan tərəfinin ciddi etirazlarına səbəb olacaq”.

Sərhədlərin dəqiqləşdirilməsinə gəlincə, R. Mirəqdirov bildirir ki, əvvəlcə delimitasiya üçün xəritə üzərində sərhədlərin konturları razılaşdırılmalıdır. “Bundan sonra demarkasiya prosesi gəlir və bu zaman coğrafi ərazilər üzrə sərhəd xətlərinin dəqiq konturları razılaşdırılmalıdır. Bu məsələnin sadə proses olacağını düşünənlər yanılır. Bir örnək gətirim, Azərbaycanla Gürcüstan arasında heç bir problem yoxdur, amma sərhədlərin delimitasiyası və demarkasiyası hələ də başa çatmayıb”, – deyə siyasi şərhçi əlavə edib.

Rauf Mirqədirovun sözlərinə görə, bu razılaşmalar heç də Qarabağda yaşayan ermənilərin taleyinin həll edilməsi demək deyil: “Ermənistan, hətta Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanısa belə, təəssüf ki, bu, status məsələsini gündəmdən çıxarmayacaq. Ermənistan, Rusiya və onların tərəfdaşları onun gündəmdə qalmasına çalışacaqlar. Rusiya üçün gərginlik faktoru lazımdır, çünki öz ordusunun bölgədə uzun müddət qalmasını təmin etmək istəyir. Bunun üçün ermənilərin statusu məsələsinin uzun müddət açıq qalması Rusiyaya lazımdır. Ermənistan da, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu məsələdə israr edəcək”.

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər