Mina xəritələri əvəzinə diversantlar, delimitasiya və... - Əliyev-Paşinyan görüşündən gözləntilər

dogruxeber.tv : - Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. İstər İlham Əliyev, istərsə də Nikol Paşinyan tərəfindən son günlər verilən açıqlamalar tezliklə görüşün baş tutacağı ehtimalını gücləndirir. Ötən həftə Azərbaycan lideri İspaniyanın EFE Agentliyinə müsahibəsində deyib ki, Paşinyanla o hazır olanda istənilən zaman danışmağa hazırdır. İ.Əliyev vurğulayıb ki, belə bir danışıq müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər.

Ermənistanın Baş naziri də azərbaycanlı həmkarı ilə görüşə hazır olduğunu bildirib. Paşinyan görüşə gedərkən Ermənistanda olan bütün mina xəritələrini özü ilə gətirməyə hazır olduğunu söyləyərək qeyd edib ki, Əliyev də Azərbaycanda saxlanılan erməni diversantları özü ilə gətirsin.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Əliyevlə Paşinyan arasında bir dəfə görüş olub – 11 yanvar 2021-ci il tarixində, Moskvada. Bu görüş Rusiya Prezidenti Vladimir Putinin təşkilatçılığı və iştirakı ilə keçirilib. Əslində həmin görüşü bir çox analitiklər görüş yox, üçtərəfli Birgə Bəyanata imza atan ölkə liderlərinin sonradan məsləhətləşməsi kimi xarakterizə edirlər. Qarşıda gözlənilən görüşün isə təkbətək olması gözlənilir.

Mümkün görüşlə bağlı bəzi suallar var: liderlərin təmasının gündəliyində nələr dayanacaq?

Mövzu ilə bağlı fikirlərini AYNA ilə bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki, Əliyevlə Paşinyan arasında son günlərdə qarşılıqlı jestlər müşahidə edirik ki, bu, müsbət haldır: “Yaxın həftələrdə liderlər arasında görüşün keçiriləcəyi mümkündür. Güman ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təəşkilatçılığı ilə hansısa üçüncü ölkədə Əliyev-Paşinyan görüşü olacaq”.

Analitik hesab edir ki, görüşdə Ermənistanın mina xəritələrini bizə verməsinin əvəzində Azərbaycanın əlində olan erməni diversantlarının təhvil verilməsi razılaşdırıla bilər: “Paşinyanın təklif edir ki, onlarda nə qədər mina xəritəsi varsa, verməyə hazırdırlar. Bir şərtlə ki, Azərbaycanda olan bütün erməni diversantları qaytarılsın. Hər iki tərəfdən bu yöndə müsbət mesajlar da var. Ehtimal edirəm ki, liderlərin görüşündə qarşılıqlı mübadilə barədə razılıq əldə olunacaq”.

Ş.Cəfərli Qarabağdan erməni silahlılarının çıxarılması, status kimi məsələlərin görüşdə gündəmə gələcəyini inandırıcı saymır: “Bu gün Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsi ilə bağlı məsələ Moskvadan asılıdır. Artıq o məsələdə Ermənistanın söz deyən tərəf olduğunu bildirmək doğru olmazdı. Hazırda sülhməramlıların nəzarətində olan ərazilərimizin gələcək taleyi ilə bağlı söz sahibi Rusiyadır. Azərbaycan da bu məsələləri Minsk Qrupu formatında Rusiya ilə ikitərəfli müzakirə etməyə daha çox meyillidir, nəinki Ermənistanla. Prezident İlham Əliyev də son çıxışlarından birində Minsk Qrupunun mümkün fəaliyyət istiqamətlərini göstərmişdi. Bildirdi ki, həmsədrlər Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, dövlətlər və xalqlar arasında etimadın yaradılması, sərhədlərin delimitasiyası istiqamətində tədbirlər görsünlər”.

“Əlbəttə, Əliyev-Paşinyan görüşündə təkcə xəritələrlə diversantların mübadiləsi yox, son sadaladığım məsələlər də gündəmə gətiriləcək. Düzdür, bir-iki görüşlə yekun sülhü razılaşdırmaq mümkün deyil. Amma əsas odur ki, hər iki tərəfdə siyasi iradə müşahidə edilir, sülhə meyillilik var”, - Cəfərli əlavə edib.

“Qaranlıq məqam və sual ondan ibarətdir ki, Rusiya Ermənistan-Azərbaycan arasında bütün problemlərin həllində, yekun sülhdə maraqlıdır ya yox?! Düşünürəm ki, Moskva Qarabağ konfliktinə nöqtə qoyulmasında hələ ki, maraqlı deyil. Çünki bu məsələ Rusiyanın regionda mövqelərini qoruması, ehtiyac olarsa, hər iki tərəfə təzyiq göstərmək üçün önəmli vasitədir. Ola bilsin ki, sülh müqaviləsinin imzalanması məsələsi ləngisin. Amma sərhədlərin delimitasiya və demarkasiyası prosesinin yaxın gələcəkdə başlaması, kommunikasiyaların açılması məsələsinin yavaş-yavaş həllini tapacağını daha real hesab edirəm. Çünki bu məsələlərdə Rusiya da maraqlıdır”, - deyə analitik fikrini davam etdirib.

Görüşün hansı ölkədə olacağı məsələsinə gəlincə, politoloq ehtimal edir ki, görüş ya Rusiyada, ya da Avropa ölkələrindən birində keçirilə bilər: “Bəzi fikirlər səslənir ki, üçüncü ölkə olaraq Gürcüstan seçilə bilər. Bunu real saymıram. Rusiyanın Əliyev-Paşinyan görüşünün Tiflisdə keçirilməsinə razılıq verməsi inandırıcı deyil. Prinsipcə görüşün Moskvada keçirilməsi mümkündür. Yaxud da, Avropa ölkələrinin paytaxtlarından birində baş tuta bilər”.

Analitik Asif Nərimanlı isə AYNA-ya deyib ki, Əliyev-Paşinyan görüşünə Soçidə Ərdoğan-Putin görüşü kontekstində baxmaq lazımdır: “Soçi görüşündən öncə Ankara və İrəvan arasında müsbət siqnallar mübadiləsi oldu. Ərdoğan Putinlə Cənubi Qafqazda birgə hərəkət etmək üzərində razılaşdı. Bu razılaşmada Zəngəzur dəhlizinin açılması, regional kommunikasiyanın bərpası, üçtərfəli razılaşmaların icrası yer alır. Soçi görüşündən öncə Prezident İlham Əliyev müxtəlif platformalarda Bakının şərtlərini yenidən gündəmə gətirdi: sərhədlərin delimitasiyası, yekun sülh sazişinin imzalanması və s. Əliyev Qarabağdakı ermənilərlə bağlı proqramı şifahi olaraq açqlamışdı, onlara iş yerlərinin verilməsi, yaşadıqları bölgələrin bərpa edilməsi və s. Proseslər Əliyevlə Paşinyan görüşünün gündəliyinin əslində Ərdoğan-Putin görüşündə müəyyənləşdirildiyini deməyə əsas verir”.

“Bu görüşdə əsas prioritet mövzu güman ki, sərhədin delimitasiyası və demarkasiyası prosesi olacaq. Qarabağ məsələsi ikinci planda yer alır. Bakının mövqeyi bəllidir: “məsələ həll edilib, ərazi bütövlüyümüz bərpa olunub”. Qarabağ məsələsinin gündəmə gətirilməsi Paşinyan hakimiyyətinə də sərf etmir, çünki məsələ Bakının şərtlərindən kənar müzakirə edilə bilməz. Əksinə, Paşinyan görüşdən sonra da erməni ictimaiyyətinə “Qarabağ məsələsi” hələ də qalır deyəcək. Bakı və İrəvanla yanaşı, Moskva da Qarabağ məsələsinin indi müzakirə edilməsini istəmir, çünki rusların bölgədə gələcəkləri hələ də açıq qalır və Qarabağ məsələsi onlar üçün kartlardan biridir”, - A.Nərimanlı vurğulayıb.

Siyasi icmalçı hesab edir ki, görüşün əsas gündəmi sərhədin delimitasiyası prosesinin yekunlaşması, üçtərəfli razılaşmaların bəndlərinin icra ediməsi, regional kommunikasiyanın bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması olacaq: “Əliyevin əsas şərtlərindən biri də 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası, yəni erməni qoşunlarının Qarabağdan çıxarılmasıdır”.

“Burada ən vacib məqam, Bakının sərhədlərin müəyyənləşməsi məsələsi üzərində dayanmasıdır. Bunun reallaşması Azərbaycan və Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qarşılıqlı tanıması deməkdir ki, beləliklə, İrəvanın Qarabağ iddiaları da de-yure sıradan çıxacaq. Bu Bakının Qarabağda əlini gücləndirəcək”, - deyə analitik qeyd edib.

A.Nərimanlının fikrincə, Əliyev-Paşinyan görüşündə yekun sülh sazişinə aparan məsələlər üzərində razılıq əldə oluna bilər: “Paşinyanın yaxın dövrdə Putinlə də görüşü gözlənilir. Həmin görüşdə Soçi razılaşması üzrə atılacaq addımlar Ermənistana izah olunacaq. Bu prosesin davamı olaraq da Əliyev-Paşinyan görüşü keçirilə bilər”.

Görüşün keçiriləcəyi məkana gəlincə, analitik bildirib ki, təmasın Moskvada Putinin iştirakı ilə baş tutacağı fikrindədir.

Son xəbərlər

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

Bütün xəbərlər