Qarabağ qazisinin həyatı təhlükədədir... - Ədliyyə Nazirliyi qulaqardına vurur

dogruxeber.tv:- Ötən gün Ədliyyə Nazirliyinin müalicə müəssisəsinin infeksiya şöbəsində saxlanılan məhkum Kərəm Mənsimovun Bizimyol.info-ya şikayətini dərc etmişdik.
Onun sözlərinə görə, vəziyyəti ağır olsa da, xəstəxananın Ceyhun adlı həkimi onu müayinə və müalicə etməkdən boyun qaçırır. Şikayətə görə, müalicə üçün “görüm-baxım” tələb olunur, amma onun maddi imkanları məhduddur. Kərəm Mənsimov 1-ci Qrabağ savaşının iştirakçısıdır. Hazırda yeganə gəlir mənbəyi də məhz Qarabağ qazisi olaraq dövlətdən aldığı müavinətdir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “səhhətində problem olan məhkumlara dərhal lazımi tibbi yardım göstərilir. Onlar zəruri müayinə və müalicəyə cəlb olunur”.

Ədliyyə Nazirliyindən isə Bizimyol.info-ya bildirilib ki, Kərəm Mənsimov hazırda da Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir və durumu stabildir: “Zəruri olan bütün müayinə-müalicələrlə təmin olunur. Bununla bağlı heç bir problem yoxdur. Hazırda vəziyyəti stabildir”.

Amma bu gün məlum olub ki, Nazirliyin sözü ilə əməli üst-üstə düşmür. Yenidən redaksiyamıza üz tutan şikayətçi Ceyhun həkimin onu “aşağıladığını” bildirib. Müayinə və müalicəyə gəlincə, heç bir tədbir görülmür, sadəcə, uzanıb ölümünü gözləyir.

Ədliyyə Nazirliyi məhkumların müalicəsi üçün dövlət büdcəsindən milyonlarla manat həcmində vəsait alır. Amma bu sahədə heç bir şəffaflıq yoxdur. Dərmanların haradan alındığı, tenderlərin necə keçirildiyi və kimlərin qalib gəldiyini elə Nazirliyin özündən başqa heç kim bilmir. Bircə dənə başağrl dərmanı da məhkumlara “elə-belə” verilmir.

Amma Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə məmurlarının başı “xırdabaş” bələdiyyə işlərinə qarışdığına görə milyonların hara getdiyini “araşdıra bilmir”.// Bizimyol.info

Oxunub: 481

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər