OMON-çu məhbus aclıq aksiyasına başladı













Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı ömürlük həbs cəzası çəkən, keçmiş OMON-çu Elçin Əmiraslanovun ağır vəziyyəti və aclıq aksiyasına başlaması ilə əlaqədar Azərbaycan Respublikasının prezidentinə, ədliyyə nazirinə, penitensiar xidmətin rəisinə müraciət göndərib.

Bu barədə musavat.com-a QAT Mətbuat Xidmətindən məlumat verilib.

Müraciətdə göstərilir: Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən keçmiş OMON-un dəstə komandiri Elçin Əmiraslanovun ağır vəziyyəti ilə bağlı yenidən Sizə müraciət edirik. Elçin Əmiraslanov Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıqla vuruşub, dəfələrlə yaralanıb, dövlət tərəfindən bir neçə dəfə təltif olunub, mərhum prezident Heydər Əliyev tərəfindən onun xidmətləri yüksək qiymətləndirilib. Elçin Əmiraslanov 22 ildir ki, ömürlük həbs cəzası çəkir. Onun sağlamlığı üçün ciddi təhlükələr yaranıb, səhhətində ciddi problemlər var.

Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasının baş nevroloqu Məhərrəm İsayev ötən il oktyabrın 13-də onu müayinə edib, dərhal mərkəzi müalicə müəssisəsinə köçürülməsi ilə bağlı rəyini bildirib. Digər həkimlər də eyni fikri dəfələrlə bildiriblər. Lakin nə üçünsə bu vaxta qədər Elçin Əmiraslanov müalicə müəssisəsinə köçürülmür, bunun səbəbini də izah etmirlər. Elçin Əmiraslanov bu cür biganə münasibətə etiraz olaraq bu gündən aclıq aksiyasına başlayacağını və ölənə qədər davam etdirəcəyini bildirib. Elçin Əmiraslanov bu gün də Azərbaycan dövlətinə sədaqətlə xidmət etməyə, ərazi bütövlüyü uğrunda yenidən döyüşə atılmağa hazır olduğunu dəfələrlə bildirib. Onun aclıq aksiyasına başlaması haqsızlığa qarşı son etiraz cəhdidir. Onun taleyinə biganə qalmayacağınıza, məsələyə ədalətli mövqedən müdaxilə edəcəyinizə inanır və əvvəlcədən təşəkkür edirik.

Son xəbərlər

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Bütün xəbərlər