Ziya Məmmədovun kəndçisi olan qazi Nazirlikdən ŞİKAYƏT ETDİ - NARAZILIQ!

dogruxeber.tv: - Ucarın Qazıqumlaq kəndindən olan ikinci Qarabağ qazisi Şəkərəliyev Sahib İlham oğlu əlillik dərəcəsinin alınmasına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, onun şikayətinə baxan olmayıb.

Məsələ ilə bağlı şikayətçi Unikal.org-a bildirib ki, Ağdərə, Tərtər, Suqovuşanda gedən döyüşlərdə könüllü şəkildə iştirak edib:

“Sentyabrın 21-də döyüşə yollanmışam. Döyüş zamanı yanıma minamyot düşüb. Sol ayağımın bud sümüyü ortadan sınıb, dirsəkdən aşağıya kimi qolum sınıb, gözlərimdə çəpləşmə yaranıb. Ayağımda, qolumda, sifətimdə xeyli sayda qəlpələr var. Hələ çıxarmayıblar. İki dəfə Gəncə Beynəlxalq Xəstəxanasında, bir dəfə isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əməliyyat olunmişam. Üçüncü əməliyyatda isə sümüyüm yararsız olduğu üçün ayağıma ömürlük mil qoyub, dörd yerdən “şurup” vurublar. Əsa olmadan tam şəkildə gəzə bilmədiyim üçün işləyə də bilmirəm. Ailəliyəm, birinin 3, digərinin 2 yaşı olan övladlarım var. Heç olmasa ən aşağı - II qrup da olsa, ala bilsəm ailəmi müəyyən qədər dolandırardım. Yaxın dostum Ucar Rayon Mərkəzi Xəstəxanasından sənədlərimi yığıb, forma 88 (Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət səhiyyə müəssisəsinin göndərişi) yazdırıb. Mənə deyiblər ki, avqustun 18-də Göyçay rayonunda komissiya olacaq, ora gedəcəksiniz, sənədlərinizi orda alacaqlar. Deyilən vaxtda getdik, sənədlərimi verdim, komissiyadan keçdim. Bildirildi ki, sənədlərim Tibbi Sığorta Agentliyinə, TƏBİB-ə gedəcək, əgər ordan razılıq verilsə, mənə əlillik dərəcəsi veriləcək. Təxminən 15 gün bundan əvvəl razılıq verildi ki, sənədlərim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilsin. Mənim problemim nazirlikdədir. Bu qədər vaxt keçsə də, hələ də heç bir cavab gəlməyib”.

Qazi Sahib Şəkərəliyev bildirib ki, döyüşdə olduğu zaman sabiq nəqliyyat naziri Ziya Məmmədov onun ailəsində yardım edib: "Ziya Məmmədov mənim kəndçimdir. Döyüşdə olanda 3 dəfə ailəmə 100 manat pul göndərib".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Unikal.org-a açıqlamasında bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq.//dia.az

Ziya Məmmədovun kəndçisi olan qazi Nazirlikdən ŞİKAYƏT ETDİ - NARAZILIQ!

Ziya Məmmədovun kəndçisi olan qazi Nazirlikdən ŞİKAYƏT ETDİ - NARAZILIQ!

Oxunub: 528

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər